Elman Rüstəmovun kürəkəni Çexiyada səfirlə şərik şirkət qurdu - FOTOLAR

04, 02, 19
09:34

Elman Rüstəmovun kürəkəni Çexiyada səfirlə şərik şirkət qurdu - FOTOLAR

Elman RüstÉmovun kürÉkÉni Ãexiyada sÉfirlÉ ÅÉrik ÅirkÉt qurdu (FOTOFAKT)
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin da başı biznesə qarışıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O, Fərid Şəfiyevin məmur oğlu ilə birgə qurduğu biznesdən bəhs edərkən  yazır ki, Fərid Şəfiyev məmurlardan geri qalmayaraq səfir kimi fəaliyyət göstərdiyi ölkədə şirkət açıb:

"Özü də faktiki olaraq, Su və Melorasiya Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədi Əhməd Əhmədzadənin oğlu, Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə ilə ortaq. Cənab səfir, yəqin, düşünüb ki, məmurlar ölkənin sərvətini Londona, Çexiyaya yatırırkan, dövləti təmsil etmək onamı qalıb?".

"2018-ci il mayın 5-də cənaf səfir Cümə Əhmədzadənin bu ölkədəki biznesini idarə edən Elçin Kazımzadə və Çexiya vətəndaşı, Avropa-Azərbaycan Ticarət Palatasının rəhbəri DAVID SNÁŠEL East Trade Company s.r.o. şirkətini təsis ediblər. Səfir öz hissələrini həyat yoldaşı 1973-cü il təvəllüdlü, Bakı şəhəri, Akademik Həsən Əliyev 98a, mən 36 ünvanında qeydiyyatda olan Ülkər Şəfiyevanın adına rəsmiləşdirib. Şirkətin pay bölgüsünə görə o, şirkətin 1/3-nə sahibdir. Ülkər Şəfiyeva Xarici Dillər Universitetindən ingilis dili müəllimi ixtisası üzrə məzundur", - jurnalist yazıb.

Şirkətin ünvanı: Klokotská 744/29, 390 01 Tábor. Şəhadətnamə nömrəsi: 07095945.








Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın