Hacı Əbdül: “mən Mehriban xanımı prezident görürəm”.

27, 01, 19
16:37

Hacı Əbdül: “mən Mehriban xanımı prezident görürəm”.


Azerbaycanrealligi.com saytı İmam Hüseyn məscidinin axundu, “Tövbə” əmiyyətinin sədri, hacı Əbdül Əbdülovla müsahibəni təqdim edir.

-Hacı, necəsiz? İşləriniz necə gedir?

-Şükür, hər şey əladı, hər şey qaydasındadır.

-Hacı, niyə “Tövbə” məscidi? Axı, “Tövbə” cəmiyyətdir.

- 85-ci ildə burada “Tövbə” cəmiyyəti yaradılıb. O vaxt bu məscidi verdilər cəmiyyətə. O vaxtdan bəri camaat arasında bu ad formalaşıb. Əslində, bu məscidin adı İmam Hüseyn məscididir.

- Biz də tövbə etmək istəyirik. Gənclərə nə məsləhət verirsiz?

- Bizim cəmiyyətin 6 əsas şərti var: spirtli içki içməmək, narkotik maddə qəbul etməmək, millət, təriqət, etnik qrup söhbətləri etməmək, donuz əti yeməmək vəs. Yəni bu qaydalara əməl edən hər kəs bu cəmiyyətin üzvü ola bilər. 

-Din siyasətə qarışır?

-İmam Əli deyir ki, din dövlətin bünövrəsi, siyasət isə onun qoruyucusudur. Din olmasa, o millət itib gedər. Əsgər siyasət olmasa, dövləti qoruya bilməz. 

- Deyirlər ki, quran beş müxtəlif insan tərəfindən yazılıb. Onda bizim əlimizdə olanı kim yazıb?

-Quranda ayə var ki, bu kitab qiyamətə qədər qorunacaq. Bir hərifi də dəyişə bilməz. Bunu deyənlər İslamın düşmədir. Quran dəyişə bilməz. Həriflərinin sayına qədər bəllidir. Kimsə nə artıra bilər, nə də azalda.

-Sünnilərin risaləsində yazılır ki, bəzi ayələr keçi tərəfindən yeyildi.

-Keçi tərəfində ayə yeyilər? Risalələr müşteyidlər tərəfindən yazılır. Hansısa fikir ayrılığı ola bilər. Ancaq belə məsələ ola bilməz.

- Siyğə ilə bağlı nə demək olar?

- Siyğəni edən kəs onun qaydalarını bilməlidir. İmam Cəfərdən soruşdular ki, bir nəfərə beş-üç manat verib siyğə etməyə necə baxırsız?  Cavab verdi ki, o, fahişəlikdir. Yəni siyğənin öz şərtləri var. Əgər kişinin həyat yoldaşı yoxdursa, ölüb ya da ayrılıblarsa, 3 ay 10 gün keçməlidir. Siyğədə yaşadığı müddətdə ola bilər ki, qadın uşağa qalsın. Bu mütləq nəzərə alınmalıdır. Siyğə ilə kəbinin tək bir fərqi var ki, siyğə vərəsəliyə aparmır, kəbin aparır. 

-Bir adam neçə nəfəri siyğə özünə edə bilər? 

-Mən onu deyə bilmərəm. Baxır sənin o insanlara baxmağına. Bir saatlıq siyğə edirər. Sonra gedib başqası ilə edirlər. Ancaq bu düzgün deyil. 

- Həbsxanada olan kişinin xanımı siyğə edə bilər?

-Qəti olmaz. 

-Son vaxtlar ateizm inkişaf edir. Yerindən qalxan gənc ateist olur.

-O kəslər ki, imam Əlini sevməz, zatlarında qələtlik var. Bir vaxtlar qadınlar daha çox kişi ilə əlaqədə olanda hörmətli sayılırdı. Uşaqların atası bilinmirdi. O uşaqların nəsili indi ağzına gələni danışır.

-Həcilərin şərab içməsinə necə baxırsız?

-Mömin o şəxs sayılır ki, qəlbi və əməli ilə mömindir. Biri də var ki, qəlbində mömindir, əməlində yox. Bəziləri də dindən alət kimi istifadə edir. Alkaş öz hərəkəti ilə İslamı təbliğ edir. 

-Cəmiyyətdə hamı sizi Mehriban xanım Əliyevaya yaxın bilir. Nə vaxtsa Mehriban xanımı dövlət başçısı kimi görürsüz?

-İmam Əlidən soruşdular ki, sən görmədiyin şeyə inanırsan? Cavab verdi ki, mən görmədiyim şeyə inanmaram. Dedilər, bəs, Allahı görürsən? Dedi, mən allahı görürəm. Əgər aramızda pərdə götürülsə, onu görməyimə zərrə qədər şəkk olmaz. Mən Mehriban xanımı prezident görürəm. Zərrə qədər də şəkkim yoxdur. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın