Hafiz Hacıyev: 19 yanvar mitinqi Milli şuranın gücü yox, hakimiyyət daxili quruplaşmaların gücü idi.

23, 01, 19
18:14

Hafiz Hacıyev: 19 yanvar mitinqi Milli şuranın gücü yox, hakimiyyət daxili quruplaşmaların gücü idi.


19 Yanvarda Demokratik qüvvələrin Milli Şurası Yasamal rayon Məhsul Stadionunda Bakı şəhər İcra Hakimiyyəti ilə  razılaşdırılmış mitinq keçirdi. Elə bu mitinqdən dərhal sonra növbəti mitinqi 26 yanvara təyin etdi. 19 yanvarda keçirilən mitinq əvvəlki mitinqlərdən daha gözlənilməz oldu. Bir sözlə, canlanma yaratdı. Minlərlə insan işdrak etdi.

 Azerbaycanrealligi.com bununla bağlı Muasir Musavat partıyasının sədri Hafiz Hacıyevin mövqeyin öyrənib. Hafiz bəy bildirib ki, bu günə kimi özlərini ana muxalifət adlandıran bir qurup insan var, bu cür quruplara el arasında "şayka" deyillər. Bu qurup Əbülfəz Elçibəyə zəhər verib öldürəndən sonra istədilər ki, özlərini xalqa muxalifət kimi sırısınlar. Çox təsüflər olsun ki, bu belə olmadı. Misal üçün Kərimov Əli var. O, bizim dövrmüzdə dövlət katibi işləyirdi. Oturub-duruşunu bilən adam deyildi. Onun haqqında çox pis tendensiya yaranmışdı. Bu gün də onları saxlayan hakimiyyət daxilində olan qüvvələrdi. Kərimov Əli ömür boyu Azərbaycan xalqına xəyanət edib. Mən hesab edirəm ki, bu cür xəstə adamlara "stafka" edən bəzi hakimiyyət qüvvələri özləri xəstədirlər. Mən bunlara çox təəssüf hissi keçirirəm. Qaldı ki, 19 Yanvar mitinqinə, niyə bu dəfə mitinq iştrakçılarının sayı çox oldu? Hakimiyyətin içində mənim əziz qardaşım İlham Əliyevə xəyanət edən böyük bir qurup var. Zamanı çatanda o qocaman quruplaşmanın adını açıqlayacam. Orada kimlər təmsil olunursa, qoy bütün xalq bilsin.

Mən hər zaman istəmişəm ki, Azərbaycanda bəzi islahatlar olsun; sosial, siyasi-iqtisadi və s. Amma hakimiyyət daxilindəki bu qocaman qurup buna imkan vermir. Hər an ölkə pirezdentinə xəyanət edirlər. Kərimov Əli də  quruplaşma tərəfindən maliyələşən adamdı. Bir vaxt onu həbs etdilər. Guya, 2 gün həbsdə qaldı. Məhkəmə önünə ona görə 70 nəfər adam gəldi. Amma o, əslində, həbs olunmamışdı. Evində qalırdı. Elə evindən də gətirdilər məhkəməyə. Guya, bu həbsdə idi. Bu adamdan özlərinə muxalifət düzəldiblər. Yeni qüvvələrin də meydana çıxmağına imkan vermirlər. Bu dəfəki mitinqdə iştrakçıların sayının çox olması onların gücündən aslı deyil. Həmin o qurupların işidir ki, belə edin, 19 yanvar mitinqi güclü olsun. Həmin vaxt Milli şura sədri Həsənov Cəmil niyə qaçmışdı ölkədən? Harada idi? Niyə mitinqdə işdrak etmirdi? Yəni, hakimiyyət daxili quruppa yaratmışdı. Gördüynüz kimi, bir polis də insanlara mudaxilə etmirdi. Kərimov Əli də tribunadan onlara xoş münasibətdən danışırdı. Gültəkin Hacıbəyova Sevinc Osmanqızının verlişində bildirdi ki, polis onlara çox xoş münasibət bəsləyirdi. Bu məsələnin nədən xəbər verdiyi bəlli idi. Həmin o hakimiyyət daxili qüvvələrin qardaşım İlham Əliyevə xəyanət etməsindən xəbər verirdi. Bu mitinq Milli şuranın gücü yox, hakimiyyət daxili quruplaşmanın pulunun gücü ilə Azərbaycan pirezdentinə xəyanət idi.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın