Prezidentə və digər güc strukturlarına tanınmış pəhləvandan şikayət olundu.

23, 01, 19
09:45

Prezidentə və digər güc strukturlarına tanınmış pəhləvandan şikayət olundu.



Bir neçə gün bundan əvvəl Azerbaycanrealligi.com-a muraciət edən Vətəndaşlar; İlham Alışov və İlqar İsgəndərli tanınmış pəhlvan Nurəddin Beylaqanlı tərəfindən aldadıldıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, etibarlarından suiistfadə olunaraq külli miqdarda pulları mənimsənilib. Bu barədə biz məlumat yaymışdıq. İndi isə adı çəkilən şəxslər ölkə başçısı İlham Əliyevə  və birinci vitse-prezident Mehriban Əliyevaya   muraciət ediblər. Müraciəti olduğu kimi təqdim edirik.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə 

Surəti: Azərbaycan Respubliyasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Surəti: Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova

Surəti: Azərbaycan Respublikasının Baş  Prokuroru cənab Zakir Qaralova

Surəti: Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili xanım Elmira Süleymanovaya

Surəti: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevə

Surəti: Baki  şəhər prokuroru cənab  İlqar Abbasova

Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi ev 11, mənzil 12 ünvanında yaşayan vətəndaş İskəndərli İlqar Qayibverdi oğlu tərəfindən, Tel 055 214 82 80

  ŞİKAYƏT ƏRİZƏSİ


Cənab Prezident! Birbaşa əsas məsələyə keçərək bildirim ki, 2015-ci ildə Hüseynov Nurəddin İldırım oğlu Almaniyadan maşın gətirəcəyini iddia edərək bir neçə ərazidə, eyni zamanda Nərimanov rayonu ərazisində məndən (36200 evro və 10975 dollar olmaqla) ümumilikdə, indiki məzənnəylə 87 300 manat pul alıb. Lakin dörd avtomobil gətirəcəyi halda iki spidometri dəyişmiş və taksi kimi istifadə olunmuş avtomobil gətirmişdir. Hər dəfə bir bəhanə gətirərək məni aldadıb. İndi də qalan pulumu qaytarmaq istəmir. Sonradan mənə məlum oldu ki, Hüseynov Nurəddinin bu kimi əməllərindən zərər çəkən tək mən deyiləm. Müharibə veteranı və şəhid qardaşı olan əlil Alışov İlham Alış oğlu və digər şəxsləri də aldadaraq müxtəlif məbləğlərdə pullarını mənimsəyib. Həmin şəxslərin şikayəti nəticəsində Hüseynov Nurəddin İldırım oğluna Nərimanov Rayon Polis İdarəsində dələduzluqla bağlı cinayət işi açılıb. Çıxış yolum olmadığı üçün mən də Nərimanov Rayon Polis İdarəsinə Hüseynov Nurəddindən şikayət ərizəsi yazdım. Lakin digər zərərçəkən şəxslərlə bərabər mənim ərizəmə baxılsa da, hələ ki, heç bir nəticə olmadı. Hal-hazırda bu cinayət işini ört-bastır eləməyə çalışırlar. Hüseynov Nurəddin bildirir ki, mənim Bakı Şəhər Prokurorluğunda yüksək vəzifədə olan qohumum var. Buna görə də heç bir şikayətdən, heç nədən, heç kimdən qorxmuram. Cənab prezident! Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, özünü pəhləvan sanan, qanunlarımıza məhəl qoymayan Hüseynov Nurəddin və onun cinayətini ört-bastır edən vəzifəli şəxslər haqqında ölçü götürülməsi və mənim tapdanılmış hüquqlarımın bərpası üçün lazımi göstərişlər verəsiniz. Əgər Nurəddin Hüseynov hansısa məmur tanışına arxalanıb bizi aldadırsa, haqqımıza girirsə, şəxsiyyətimizi alçaltmağa çalışırsa, biz adi və kimsəsiz vətəndaşlar da sizə inanır, sizə arxalanırıq. İnanırıq ki, bu haqsızlığa səssiz qalmayacaqsınız.

İlham Alışov 




                                                                                      
Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın