Tanınmış pəhləvan Nurəddin Beyləqanlının şəhid ailəsinə və başqa şəxslərə qarşı dələduzluq etdiyi iddia olunur

21, 01, 19
09:49

Tanınmış pəhləvan Nurəddin Beyləqanlının şəhid ailəsinə və başqa şəxslərə qarşı dələduzluq etdiyi iddia olunur


Azerbaycanrealligi.com saytı olaraq bir müddət öncə tanınmış pəhləvan Nurəddin Beyləqanlının şəhid ailəsinə qarşı dələduzluq etməsi barədə məlumat vermişdik. Xəbərdə qeyd olunurdu ki, Nurəddin Beyləqanlı müharibə veteranı, ikinci qrup əlil və şəhid qardaşı olan Alışov İlham Alış oğlunu və onun qonşusunu aldadaraq 20 min manata yaxın pul almışdır. Buna görə də Nurəddin Beyləqanlı cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluqda ittiham olunurdu.

Bu günlərdə Nurəddin Beyləqanlı haqqında redaksiyamıza növbəti şikayət ərizəsi daxil olub. Vətəndaş İskəndərli İlqar öz ərizəsində qeyd edir ki, “Nurəddin Beyləqanlı Almaniyadan maşın gətirmək adı ilə məndən hazırkı məzənnəylə 87300 manat pul alıb. Dörd avtomobil gətirəcəyi halda iki spidometri dəyişmiş və taksi kimi istifadə olunmuş avtomobil gətirmişdir. Dörd il keçməsinə baxmayaraq nə qalan maşınları gətirib, nə də pulumu qaytarıb”.

 İlham Alışov

Məsələ ilə bağlı dərhal araşdırma apardıq, Nurəddin Beyləqanlı ilə əlaqə saxlamağa çalışdıq, ancaq onun telefon nömrələrinə zəng çatmadı. Bir çox yollarla onunla əlaqə qurmağa çalışsaq da bütün cəhdlərimiz boşa çıxdı.

Zərərçəkmiş vətəndaş, şəhid qardaşı İlham Alışov bildirir ki, “Nurəddin Beyləqanlı bizə maşın gətirəcəkdi. Pulunu öncədən aldı. Qonşumla bərabər ona 10500 dollar, 500 avro, 500 manat pul verdik. Ancaq o, maşın gətirmədi. Hər dəfə bəhanələr gətirərək pulumuzu qaytarmaqdan imtina etdi. Biz Nərimanov Rayon Polis İdarəsinə şikayət ərizəsi yazdıq. Nurəddin haqqında 1 ay 14 gün həbs qəti imkan tədbiri seçildi. Onu Rusiyadan tutun Bakıya gətirdilər. Sonra həbs qərarı ləvğ olundu və Nurəddin azad buraxıldı. Sonradan məlum oldu ki, vəzifəli qohumu ona köməklik göstərib”.
İskəndərli İlqar ərizəsində onu da qeyd edib ki, “Nurəddin Beyləqanlı kimi tanınan Hüseyinov Nurəddin İldırım oğlu Bakı Şəhər Prokurorluğunda adamı olduğunu bildirir və heç nədən çəkinmədiyini, qorxmadığını dilə gətirir”.

Araşdırmalar nəticəsində məlum oldu ki, Nurəddin Beyləqanlı adı ilə tanınan şəxs çox adamı aldadaraq pulunu almışdır. Lakin o şəxslərin bəziləri şikayətçi olmaqdan imtina edirlər. Adının açıqlanmasını istəməyən Bakı sakini A.N. adlı vətəndaş susmağına səbəb olaraq belə deyir: “mən dəfələrlə Nurəddindən öz pulumu istəmişəm. Ancaq o, hər dəfə məni aldadıb. Sonuncu dəfə mən onunla danışanda pulumu qaytarmadığı halda məhkəməyə müraciət edəcəyimi dedim. O isə bildirdi ki, əgər məhkəməyə getsəm mənim üçün pis olacaq. Onun vəzidəfəki qohumları məni həbs edəcəklər. Nurəddin açıq-aşkar deyir ki, mən heç nədən qorxmuram, gedin nə istəyirsiz edin”.

Bu məsələ ilə bağlı qarşı tərəfin münasibətini dərc etməyə hazırıq
.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın