Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı - Cavid Qurbanovun sürəti bu dəfə güzdək istiqamətində qutardı

18, 01, 19
10:46

Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı - Cavid Qurbanovun sürəti bu dəfə güzdək istiqamətində qutardı


Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

Azerbaycanrealligi.com Demokrat.Az-a isitnadən xəbər verir ki, bu barədə qatarın sərnişinləri bildiriblər.
Onların sözlərinə görə, Sumqayıta doğru hərəkət edən qatar saat 19:48-də Güzdək istiqamətində 1 saat 15 dəqiqə dayanıb.
“Maşinist hər 10 dəqiqədən bir bildirirdi ki, qatarın dayanmasına səbəb hava şəraitidir”, – deyə onlar qeyd ediblər.
Sərnişinlərin sözlərinə görə, yaranmış problem həll edilmədiyindən Bakı-Sumqayıt qatarının hərəkəti mümkün olmayıb və qatar teplovoz vasitəsilə təyinat nöqtəsinə aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a bildirilib ki, qatarın hərəkətində dayanma olmayıb, sadəcə, hava şəraiti ilə əlaqədar sürət həddi endirilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın