yuxarı
Sərxoş halda transformatora girdi, yanaraq öldü - FOTO
28, 01, 25
12:00
Sərxoş halda transformatora girdi, yanaraq öldü - FOTO
Bakıda 32 yaşlı kişi yanaraq ölüb.
"Azərbaycan Reallığı" hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.
Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı “Günəşli” nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.
Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)
Fotoda Ramiz Yakuner
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək