Həbs olunan Antalıyalı Mehman işində zərərçekmiş danışdı: çox jurnalistin çörəyinə bais çıxıb həbs etdirirdi

13, 01, 19
21:20

Həbs olunan Antalıyalı Mehman işində zərərçekmiş danışdı: çox jurnalistin çörəyinə bais çıxıb həbs etdirirdi

Saytımız vasitəsi ilə Antaliyalı Mehman kimi tanınan Mehman Həsənovun həbsi haqqında məlumat vermişdik. Onu qeyd edək ki, Antaliyalı Mehmana qarşı irəli sürülmüş ittihamın cinayət işi Bakı Şəhər Prokurorluğu tərəfindən aparılır. İlkin istintaq müddətində Şəhər Prokurorluğunun Səbail Rayon Məhkəməsinin verdiyi 4 ay həbs qəti imkan tədbiri təqdimatı təmin olunub. Məsələ ilə bağlı işdə zərərçəkmiş kimi tanınan Ceyhun Babayevlə Azerbaycanrealligi.com əlaqə saxlayıb. Əvvəlcə o, Mehman Həsənovun həbsini təsdiqlədi. Antaliyalı Mehmanla birlikdə bir neçə dostunun da həbs olunduğu məlum olub. Ceyhun bəydən ilk sualımız bu idi ki, nə baş verdi? O, başlanılan cinayət işinin istintaq sirri olduğu üçün bəzi suallarımıza cavab verməkdən imtina edəcəyini bildirdi. Ona görə də, nə baş verməsi haqqında hüquq-mühafizə oraqanları ilə əlaqə saxlamamızı məsləhət gördü. İnadımızdan sonra bir neçə suala zorla da olsa, cavab ala bildik. Bildirdi ki, obyektlərin işləməsi ilə bağlı həbs olunub. Məlum oldu ki, Antaliyalı Mehman şəhərin mərkəzində qeyri-qanuni masaj salonu adı altında içində əlavə intim xidmətləri olan çoxsaylı obyektlər işlədib. Ceyhun Babayev qeyd etdi ki, bu gün ona hədə-qorxu gəlirlər, təzyiqlər olunur ki, istintaqa yazdığı izahatını geri götürsün. O bildirdi: "Mən kimsəsiz, yetim uşaqam. Mənim üstümə bu qədər niyə düşüblər bilmirəm". "Antaliyalı Mehmanla birlikdə kimlər həbs olunub?" sualına cavabda məlum oldu ki, ona yaxın dostu olan qeyri-qanuni obyektlərin işləməsində şərik olan Baxşəli Qəhrəmanov adlı şəxsdə həbs olunduğu deyilir. Həbslər isə yanvarın 4-də həyata keçirilib. "Hal-hazırda, həbs olunanların obyektlərini Ceyhun Babayevin işlətmişdir?" sualına cavabında bildirdi ki, bu məlumat qətiyyən yalandır. O qeyd etdi ki, "bugünkü gündə mənə təzyilər olunur, hədə-qorxu gəlinir, bunları yazın, xahiş edirəm, Antaliyalı Mehmanın obyektlərində özbaşnalıq, yekəxanalıq tüğyan edirdi, mənə təzyiq olunur ki, yazdığım ifadəni geri götürüm, amma bu uşaq oyunu deyil ki, bu gün yazam, sabah gedəm, geri götürəm. Bunu etsən istintaq orqanları mənə nə deyər? Mən Mehmanı 2013-cü ildən tanıyıram, hər kəs bilir ki, mən kiməm, Mehman kimdir. Bir daha izah edirəm, mən yetim uşağam, amma Mehman çox sizin kimi jurnalistin çörəyinə bais olub, çox jurnalisti haqsız yerə həbs etdirib. Ona görə də, buna dözə bilməzdim. Hər kəsin evində balası var, hər şeyin bir həddi vardır." Biz Ceyhun Babayevə xatırlatdıq ki, o, bir neçə il bundan əvvəl Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işində şahid qismində ifadə verib. O bildirdi: "Bəli, tanıyıram. Allah Fikrətin qapsını açsın, övladlarının, ailəsinin canın sağ etsin. Bir canım var, onu da almaq istəyirlərsə, buyurub alsınlar", -deyə sonda o qeyd edib.

 Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın