sitename

Tanınmış iş adamı Mübariz Məsimov bloger Mehman Hüseynovdan yazdı: "Dövlətin malını oğurlayanları, villayüksəldənləri ifşa edib".

Azerbaycanrealligi.com xəbər verir ki, "Palmali" şirkətlər qrupunun rəhbəri tanınmış iş adamı Mübariz Məsimov rəsmi facebook səhifəsində hal-hazırda həbsdə olan, gündəm mövzüsuna çevrilən Mehman Hüseynov haqqında status yazıb. Sözügedən statusu oxucularımıza təqdim edirik

Son günlərdə olduqca çox insan yazır ki, sən niyə bu gənci müdafiə etmirsən, niyə susursan? Mən alnıaçıq, üzüağ bir iş adamıyam. Bu zamana qədər Allahdan başqasından qorxmadım, qorxaraq da bir addım atmadım. O hadisələrdən isə xəbərim belə yox idi. Siz deyəndən sonra izlədim və o gəncin hazırladıqlarında dövlətə ziyan verəcək heç nə görmədim. Tam əksinə, dövlətin malını oğurlayanları, haqsız qazanc ilə villa yüksəldənləri ifşa edib. Aqressivliyini gördüm ki, bu qüsurdur, ancaq suç deyil. Sonucda gəncdir, dəliqanlıdır. Sonucda Azərbaycan Prezidenti daim medianın azad olduğunu və onların dostu olduğunu bildirir. Ancaq bəzi məmurlar bunun tam əksini edirlər. Bu hadisənin böyüməsi cəmiyyətimizə, ölkəmizin imicinə böyük zərbədir. Bu məmurlar niyə öz eyiblərini düzəltmək yerinə güzgünü sındırırlar?! Yox etməyə çalışmaqdansa, bu gəncləri qazanmaq daha yaxşı olmazmı? Cənab prezident özü mətbuatı “köməkçilərim” adlandırıb, məmurların gizlətdiklərini onlardan öyrəndiyini söyləməmişmiydi? Qoy yazılsın, çəkilsin ki, Prezident də xəbərdar olsun etdiklərinizdən. Halbuki o villaların yerinə iş yerləri açıb, insanların rifah halının yüksəldilməsinə çalışılsaydı daha yaxşı olmazdımı? Danışanda hamısı prezidentə, dövlətə sədaqətdən dəm vuranlar, niyə ancaq özlərini düşünürlər? 

Mən siyasətçi deyiləm, iş adamıyam. Bir iş adamı olaraq, minlərlə insanı kontrol etməyin nə qədər çətin olduğunu bilirəm, bir ölkəni idarə etmək isə bundan dəfələrlə çətindir. O baxımdan bu məsələlərdə prezidentin görən gözü, duyan qulağı olan mediaya belə münasibət əslində prezidentə qarşı atılmış addımdır. O gənci müdafiə edənlərin də səbrli olmasında fayda var. Çünki sonucda A məmurdan, B məmurdan şikayətçi olsaq da, zərbə dövlətimizin imicinə dəyir. Qorumalı olduğumuz da dövlətimizdir. Minlərlə şəhidin qanı ilə müstəqilliyini əldə etdiyimiz dövlət! Pis məmuruna görə, dövlətinə küsülməz, düşmənlik edilməz! İnanıram ki, haqq nazilsə də, üzülməyəcək, o gəncimiz də dövlətinə, millətinə bundan sonra da faydalı xidmətini aqressiyasız olaraq, davam etdirəcəkdir. Bir-birimizə qarşı sayğılı olaq. Ata-analarımızı söyməklə, təhqir etməklə, əsla irəliyə doğru addım ata bilmərik. Hamınıza saygılarımla.

Hazırladı: Dəyanət Babayev - əlaqə nömrəsi (055) 8288841 

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 460
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 2 999
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 291
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 506
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar