sitename

Təhtid olunan xanım jurnalist prezidentə muraciət etdi: "2 ay ərizində baş vermiş hucumlar məni narahat edir, amma polis narahat olmur."


Azerbaycanreallığı.com xəbər verir ki jurnalist Pərvin Abışova ölkə başçısı İlham Əliyev və onun xanmı birinci viste-pirezdent Mehriban Əliyevaya son zamanlar həyatına olan ardıcıl təhlükə və təhdidlə bağlı açıq müraciət edib. Müraciətin tam mətini oxucularmıza təqdim edirik

13 dekabr 2018-ci ildə bir qrup dindarın mənə hücumu ilə bağlı Nəsimi r/n 19 cu polis bölməsinə yazılı ərizə ilə müraciət etmişdim.Üstündən uzun müddət kecməsinə baxmayaraq,ordan mənə hec bir məktub, ya məlumat gəlməyib. Yəqin ki,bunun nəticəsidir ki, dünən saat 14:00 radələrində daha bir hücumla qarşılaşdım. Sahə müvəkkilinə zəng etdim 3 polis işçisi ilə gəlib məsələni yerindəcə aydınlaşdırdı. Blokda 4 mərtəbədə kameralar olduğundan şəxsin üzü açıq aydın düşüb. Bu iki ay ərzində olan hücumlar məni narahat edir. Amma baxıram ki,polisləri narahat etməyib. Ona görə də bu gün 102 xidmətinə zəng etdim. Məni Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları şöbəyə apardılar. İzahat yazdım. Keçən dəfə baş vermiş hadisə ilə əlaqədar  niyə mənə hec bir məktub gəlmədiyini soruşdum. Polis əməkdaşları  çiyinlərini çəkərək  məsuliyyəti bir-birlərinin üstünə atdılar. Çox maraqlı nüansdır. İki nəfər dalaşdlqda polis işçiləri onların başlarının üstünü ley kimi alır. Əraziyə yeni kirayəşin gələndə sahə müvəkkili ev sahibindən şirinlik istəyib üzünün suyunu tökür. Amma bu boyda iki hadisəyə etinasız yanaşırlar. 

Mən buradan  Azərbaycan Respublikasının prezidenti İ. Əliyevə ,vitse prezident M. Əliyevaya səslənirəm.  Təyin edilmiş bəzi azğın,gözlərini qan örtmüş məmurların etdiyi əməllərdən xəbərdar olun. Xalqdan inciməyin. Sizinlə xalqın arasında uçurumu yaradan onlardır.O məmurlar ki, neçə illər hakimiyyətə və dövlətə xidmət etmiş,yazılarında heç bir siyasi motiv olmayan jurnalisti peşə fəaliyyəti ilə məşğul olarkən döyüb 513.2 ilə cərimə edirlər. O məmurlar ki,saxta məhkəmə qurub saxta hökm çıxarırlar. O məmurlar ki,xalqın hüquqlarını tapdalayırlar, qorxu içərisində saxlayırlar.Mən burdan  Daxili İşlər Naziri R. Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev cənablarına səslənirəm. Mənim övladımın və mənim həyatım təhlükədədir. Kimliyindən aslı olmayaraq günahkarların tapılaraq cəzalandırılmasını istəyirəm. Bu mənim vətəndaş kimi haqqımdır. Mən Azərbaycanın qanunlarına söykənirəm. Konstitusiyama söykənirəm. Mənim azadlığım var. Mənim hüquqlarım var. Mən sivil ölkənin vətəndaşıyam. Bu Vətənin azadlığı neçə oğulların qanı, anaların fəryadı,övladların göz taşı bahasına qazanılıb. Hüquqlarımdan istifadə edərək ,bir Azərbaycan vətəndaşı kimi tələb edirəm ki,məsələyə baxılsın. Mən unitar,demokratik ölkə vətəndaşıyam. Əfqanıstan,Suriyanın yox.

 Jurnalist Pərvin Abışova.

Azerbaycanreallığı.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 460
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 2 999
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 291
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 506
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar