Həbsdə olan baş redaktor Ədliyyə Naziri Fikrət Məmmədova müraciət etdi: "Bu məhkəmə də ədalətli qərar verməsə, ağzımı tikərək ölüm aclığına başlayacağam"

08, 01, 19
22:04

Həbsdə olan baş redaktor Ədliyyə Naziri Fikrət Məmmədova müraciət etdi: "Bu məhkəmə də ədalətli qərar verməsə, ağzımı tikərək ölüm aclığına başlayacağam"

Amerikapress.com saytının baş redaktoru Rauf Sultanov 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu haqda onun özü Azerbaycanrealligi.com saytı ilə əlaqə saxlayaraq məlumat verib. Rauf Sultanov Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı saxta hesab edir və bildirir ki, ona qarşı irəli sürülən ittiham tamamilə saxta və böhtandır. O qeyd etdi: "Mənim həbsimin sifarişçisi ictimai nəzarət koalisiyasının rəhbəri Rasim Məmmədov və bu işdə sifarişi yerinə yetirən onun bacısı 182 nömrəli məktəbin direktori Nailə Məmmədovadır". Baş redaktor saytımız vasitəsi ilə Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edib. O, saxlanılma şəraitindən heç bir narazılığı olmadığını bildirib, buna görə Pentensiar Xidmətin rəisi Ceyhun Həsənova, həmçinin, Ədliyyə Nazirliyinin rəhbər şəxslərinə də öz təşəkkürünü bildirib. Baş redaktor ona verilmiş cəzasının bir ildən artığını çəkdiyi üçün qalan cəzasının çəkilməmiş hissənindən azad olunması barəsində 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edib. Bu ay müraciət ərizəsinə cəzaçəkmə müəsisəsində daxili məhkəmədə baxılacaq.

"Mən Ədliyyə naziri cənab Fikrət Məmmədova, Pentensiar Xidmətin rəisi cənab Ceyhun Həsənova müraciət edirəm. Mənim heç bir günahım yoxdur, saxlanılarkən ağır cinayətdə ittiham olunmuşam. Bu iş Ağır Cinayətlər Məhkəməsində sübuta yetirilmədiyi üçün az ağır cinayətlə əvəz olunub. Onunla da mənə hökm oxundu, amma mən az ağır cinayət də törətməmişəm. Bu iş tamamilə saxta və qondarmadır. Cənab nazir, sizə müraciət etməkdə məqsədim odur ki, keçirilən məhkəmə prosesini nəzarətə götürəsiniz. Mən, həmçinin, birinci qrup əliləm. Birinci qrup əlil necə kiməsə hədə-qorxu gələ bilər və yaxud da hədə-qorxu yolu ilə rüşvət ala bilər? Bu ay keçiriləcək məhkəmə prosesində ədalətli qərar verilməsə, saxlanıldığım cəzaçəkmə müəssisəsində ağzımı tikərək ölüm aclığına başlayacağam. Amma yenə sizə ümid edib inanıram ki, bu işi nəzarətdə saxlayacaqsınız. Müsbət məhkəmə qərarı veriləcək və heç bir xoşagəlməz aksiyalara lüzum olmayacaq", - deyə baş redaktor qeyd edib.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın