Mehman Hüseynovla bağlı İlqar Altayın rəhbərlik etdiyi "İctimai Tədqiqatlar Mərkəzi" İctimai Birliyi bəyanat yaydı

Azerbaycanrealligi.com xəbər verir ki, İlqar Altay: Mehman Hüseynov işi ilə bağlı, rəhbərlik etdiyim İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyi adından Bəyanat.

Gənc bloqer Mehman Hüseynovun məsələsi, Azərbaycanda korrupsiyaya qarşı çıxan bir şəxsin və ya onu dəstəkləyən siyasi müxalifətin hakimiyyətlə mücadiləsi çərçivəsindən çıxıb təəssüf ki. Bu artıq, Azərbaycan cəmiyyəti və xalqının, üstəlik beynəlxalq ictimaiyyət, təşkilatların, rəsmilərin Azərbaycan hakimiyyəti ilə qarşıdurması xarakterini alır.

Böhtan ittihamı ilə 2 illik həbs cəzasının sonuna 2 ay qalmış yeni, daha ağır və uzun müddətli, 7 iləcən həbs müddəti yarada biləcək haqsız ittihamla üzləşmiş və buna etiraz olaraq 12 gündür aclıq elan edən Mehmanın durumu kəskin pisləşib və təcili xəstəxanaya köçürülüb. Və vəkilinin məlumatına görə bloqer bəyan edib ki, bu aclıq etirazını sona-ölümədək davam etdirəcək.

Bu hadisə, gənc bloqer Mehman Hüseynovun cəzaçəkmə müəssisəsində zabit əməkdaşa xəsarət yetirdiy iddiası ilə CM-in 317.2 maddəsi ilə yeni cinayət işi qaldırılan gün, 28 dekabr, bu barədə öz fb səhifəmdə obyektiv təhqiqedici satusla çıxış etdim.
Bildirdim ki bu ittiham yalnız zabitin və həmin müəssisə və istintaq orqanı təmsil olunan hakimiyyət tərəfin iddiasıdır. Bu, yəni, təqsirləndirən tərəfin ictimaiyyətə yaydığı hesabatdır. Ancaq ki, təqsirləndirilən Mehman Hüseynov tərəfin, onun vəkili, müdafiəçilərin fikrini hesabatını da dinləməliyik. Əgər, buna imkan verilmirsə, həmin işin birtərəfli, qərəzli aparılma düşüncəsinə əsas yarana bilir.

Bu gün artıq, hadisədən 12 gün keçmiş Mehmanın, onun vəkilinin, atasının fikir, əks-arqumentləri, ifadələri, habelə, ittiham tərəfinin qeyri-adekvat davranışı ortadadır. Məlum olur ki, ilk gündən bu iş prosessual qanun pozuntuları ilə aparılıb. Belə ki, 26 dekabr 2018 tarixdə yeni cinayət işinin açılması və onun aclığa başlaması barədə məlumat yayılandan sonra 27-də M. Hüseynovun vəkili cəzaçəkmə müəssəsinə gedib. Və həmin gün gözlədilib, aldadılıb, görüşə buraxmayıblar. Vəkilə qarşı bu pozuntular sonrakı günlərdə də müxtəlif formalarda davam etdirilib və onun fəaliyyətinə məhdudiyyətlər qoyulub.

28-i dekabrda vəkil nəhayət, Mehmanla görüşüb. O aclıqdan hərəkət edə bilməyib və otağa qollarında gətirblər, qollarını buraxan kimi yerə yıxılma qədər durumu ağır olub. Çətinliklə danışırmış, bildirib ki 26 dekabr səhərdən ("hadisə" baş verən vaxtdan), yemək yemir və su içmir. Nə qədər su içməsini xahiş etsələr də, razı olmayıb, bildirib ki, aclığı ölənə qədər davam edəcək.

Həmin gün, yəni 28 dekabrda, Mehman dindirilib və ona CM-nin 317.2-ci maddəsi ilə ittiham elan olunub. Cəzaşəkmə müəssənin inspektoru Əli Abdalovu vurmaq, ona xəsarət yetirməkdə ittiham edilib. Mehman birmənalı şəkildə ittihamı rədd edib və bildirib ki, inspektoru nəinki vurmayıb, heç ona yaxınlaşmayıb da. Bildirib ki, artıq xeyli vaxtdır ki (avqust ayından sonra) o mütəmadi olaraq təxribata çəkilirmiş, ona xəbərdarlıq edilirmiş və ona qarşı plan hazırlandığı aydın imiş
Buradan aydın görünür ki, cəzaçəkmə müəssisəsində siyasi rəqiblərinin həbs müddətini müxtəlif bəhanələrdən istifadə etməklə uzatmaq praktikasının növbəti qurbanı imiş Mehman Hüseynov. Bu praktika əsas, sabiq nazir həkim Əli İnsanovun dustaqlara bir "resept" yazma "günahı" ilə başlayıb, digər siyasi dustaqların balışının və döşəyinin altından bıcaq və biz "tapılması" ilə davam etdirilib və artıq, növbə Mehmana çatıb.
Mehman Hüseynovun atası bu işlə bağlı bəyan edib ki, onun oğlu kimisə və xüsusilə də penitensiar xidmət zabitini vuracaq qədər səviyyə və tərbiyədə deyil, heç vaxt olmayıb, ona qarşı ittihamlar tam əsassızdır. Penitensiar xidmətin sözçüsünün verdiyi bəyanat ki, Mehman Hüseynov yeyir-içir, durumu da tam normaldır, o da doğru çıxmayıb.

Mehmanın əl qaldırdığı iddia olunan penitensiar xidmətinin zabiti Əli Abdalovun şəxsi keyfiyyəti və həyat tərzi barədə, mənfi xarakterli, onun şər-böhtan xarakterini ortaya qoya bilən faktlar, həm də əvvəlki başqa siyasilərə qarşı da "üzədurma" faktları ortaya çıxıb. İstintaq orqanları, Prokurorluq, Ədliyyə Nazirliyi də dövlət sirri statusu daşımayan bu hadisə, cinayət işinin gedişi barədə hər hansı açıqlama vermirlər ictimaiyyətə.
Bütün bunlar onu göstərir ki, Mehmana qarşı bu məslədə ciddi qərəz (bəlkə də qisas) var və bu yeni cinayət işi onun həbsinin artırılması üçün xüsusilə təşkil olunub. M. Hüseynovun ölüm aclığı isə davam edir. Hüquq-mühafizə orqanlarının məsələyə biganəliyi, cəmiyyət və xalqın isə artıq, bu böyük haqsızlığa və hakimiyyətə qarşı görünməmiş narazılığı, hiddəti ilə. Bir misal.

Mehman Hüseynov məsləsinin ictimai təsiri və əks-sədasının analizi üçün fb səhifə və profilimdə bir kiçik status paylaşdım. İki gündə on minlərlə oxunma və minlərlə bəyənmə, 1000-ə yaxın paylaşma olub. İnsanlar (hətta adətən siyasi statuslara qarışmayanlar) narazılıqla, hiddət və tələblə şərhlər yazır, nə qədər anaların fəryadı yalvarışı və göz yaşı ilə. Bu son həddir!

Mehman sanki, xalqın, cəmiyyətin yarasının üstünü açıb və ölkə sanki, ictimai kataklizm durumu vəziyyətinə çatmaqdadır artıq. Bütün bu göstərilənlərin, bu məslənin artıq, yalnız ölkə başçısı səviyyəsində həll oluna bilməsini görüb, nəzərə alıb, rəhbərlik etdiyim təşkilatın adından dövlət başçısına müraciət etməyi vacib sayıram. Belə bir müraciəti əslində mən-ictimai təşkilat (QHT) rəhbəri yox, Ombudsman, Şeyxülislam, millət vəkilləri, ziyalılar-Yazışılar Birliyi, alimlər-Elmlər Akademiyası, QHT Şurası etməli idi. Nə yazıq ki, bir səs yoxdur onlardan.
Cənab Prezident.

Böhtan ittihamı ilə 2 il həbs alan bloqçu Mehman Hüseynova qarşı qaldırılmış yeni və daha ağır cinayət işi, bu işin əsassız, qərəzli olması aşkarlığı, buna görə də Mehmanın 11 gündür keçirdiyi ölüm aclığı, sağlıq durumunun kəskin pisləşməsi və bu səbəbdən ölkənin geniş ictimaiyyətinin etirazı və narazılığı ortadadır. Və ədalət bərpa olunmayıb, Mehman aclığı davam etdirdikcə, etiraz, cəmiyyəti daha çox əhatə etməklə güclənir.
Və bu güclü etiraza dövlət orqanlarının göstərdiyi güclü inad, hətta hüquq-mühafizə orqanları rəhbərlərinin bu işlə bağlı hər hansı addım atmaqda gücsüzlüyü, artıq bu məslənin kökündə güclü prezident və vitse-prezident amilinin durmasına yönəldir ictimaiyyətin diqqətini. Belə ki, Mehman Hüseynovun "günahı" onun məmur-oliqarxların korrupsiya faktları barəsində çəkdiyi videolar yox, Sizin öz həyat yoldaşınızı ölkəyə vitse-prezident təyin etməniz barədə çəkdiyi video-reportajın olması fikirlərinə yönəldir diqqəti. Bunu açıq, birbaşa deyirəm, bu artıq görünür.
Bütun bunlar, xüsusilə də, gənc, anasız, günahsız bloqer M. Hüseynovun ağır səhhəti nəzərə alınıb, ona qarşı qaldırılmış yeni cinayət işinin təcili, dövlət rəhbərliyi səviyəsində nəzarətə götürülməsi, ədalət və qanunçuluq bəra olunaraq bu işin ləğv olunması, bu işi təşkil etmiş dövlət orqanları əməkdaşları hər kəs, vəzifəsindən asılı olmayaraq cəzalanması, bu haqsızlığa görə də səhhəti ağır duruma düşmüş Mehman Hüseynovun həbsinin qalan 1 ay yarım vaxtından dərhal azad edilməsini,

bir vətəndaş, elmi dərəcəli hüquqşünas, ictimai təşkilat rəhbəri kimi və xalqın, cəmiyyətin də tələbi olaraq vacib sayıram, həm də bunu Sizdən xahiş edirəm.. Hesab edirəm, 3-4 video çəkib, bloqçuluq edən gənc insana dövlət-ictimai təhlükəli cinayətkar kimi yanaşıb, bu qədər qərəz, qisas göstərilməsi yaxşı iş deyil.

Azerbaycanrealligi.com


Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

  • 05 mar, 09:35
  • 141
Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu
"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA

"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA

  • 03 mar, 10:51
  • 3 931
"Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar" — Xalq artistindən həmkarlarına SƏRT REAKSİYA
"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova

"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova

  • 02 mar, 16:08
  • 2 145
"Xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" - Zeynəb Xanlarova
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR

  • 15 yan, 21:26
  • 424
"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar