2019-cu ildə vəzifələrini itirəcək icra başçıları – İDDİA

01, 01, 19
12:42

2019-cu ildə vəzifələrini itirəcək icra başçıları – İDDİA

Biləsuvarın icra başçısı ilə bağlı 300 minlik qalmaqal 

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə iləgörüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftəərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməkləyanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. 

Beləliklə, 17-28 dekabr 2018-ci il tarixində mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 1-ci yeri “Hansı icra başçısı yol üstündədir? - Köhnə heyət yenidən öndə...”, “Novruz Novruzov gedir, Şəmsəddin Xanbabayev də çox yaşlanıb... - İDDİA” başlıqlı 2 məqalənin 8 elektron KİV-də yayılması ilə Şabran rayon İcra Hakmiyyətinin başçısı Norvuz Novruzov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 2-ci  yeri “Biləsuvarlıların Mahir Quliyevləbərabər Yaşar Əzimov problemi də varmış…İTTİHAM”, “Biləsuvarın tək problemi Mahir Quliyev deyilmiş... - GİLEY”, “Biləsuvarın icra başçısının ayağında 300 minlik kəsir var... - İDDİA” başlıqlı 3 məqalənin 7 elektron KİV-də yayılması ilə Biləsuvar rayon İcra Hakmiyyətinin başçısı Mahir Quliyev tutur.

Nəhayət mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 3-cü yeri isə “Alı Qocayevi yerindən tərpədirlər... - Yerinə gənc kadr gətiriləcək” başlıqlı 1 məqalənin 5 elektron KİV-də yayılması ilə Samux rayon İcra Hakmiyyətinin başçısı Alı Qocayev tutur.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın