Yoxa çıxan hüquq müdafiəçisinin həyat yoldaşı: "Çox narahatam, bizi gözüyaşlı qoyublar".

29, 12, 18
11:09

Yoxa çıxan hüquq müdafiəçisinin həyat yoldaşı: "Çox narahatam, bizi gözüyaşlı qoyublar".


Taleh Xasmmmədovun həyat yoldaşı övladı ilə birlikdə

Hüquq müdafiəçisi Taleh Xasmmmədovun harada olmasıyla bağlı ailəsi heç bir məlumat əldə edə bilməyib. Azerbaycanrealligi.com xəbərinə görə, bu haqda hüquq müdafiəçisinin həyat yoldaşı Fatimə Mövsüm sosial şəbəkədəki səhifəsində məlumat verib:

“Talehə görə çox narahatam. Bunun başqa açıqlaması ola bilməz. O, ailəsinđən xəbərsiz bir gün belə haradasa qalmayıb. Ən azı bilsəm hardadır, yaxşıdır. O, maşını qoyub gedib. Bu bir növ mesajdır. Mən kiminsə maşını ilə gedirəm. Digər mülki geyimli polislər tərəfindən oğurlananlar da eynən Taleh kimi aparılmışdılar. Bir telefon itəndə polislər onu iki günə tapırlar. Bir insan itib iki gündür guya tapa bilmirlər. Dostluğumda xüsusì sənətə yiyələnənlər var. Həmçinin poliś də var. Mənə bu yaxınlarda irad tutaraq niyə polisləri tərifləmirsən? -dedi: Necə tərifləyim, bizi gözüyaşlı qoyublar. Bir xəbərə möhtacıq. Aparmısınızsa, kişì kimi deyin, ay filankəs, aparmışıq. Ondan çox onun sevdiklərini cəzalandırmağınız nə? -Yetər, durun!!!”
Qeyd edək ki, Siyasi Məhbusların Müdafiə Mərkəzinin həmsədri, hüquq müdafiyəçisi Taleh Xasməmmədov yoxa çıxıb. Bu haqda hüquq müdafiəçisinin həyat yoldaşı Fatimə Mövsum məlumat verib. Onun sözlərinə görə, T.Xasməmmədovun telefonuna dekabrın 27-si saat 14:00-dan zəng çatmır.
Xatırladq ki, F.Mövsümova bu haqda DİN 102 Xidmətinə müraciət etsə də həyat yoldaşının harada olması haqda ona heç bir məlumat verilməyib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın