"Baş həkim kriminal avtoritetə məni döydürdü" - Qarabağ əlili

25, 12, 18
11:13

"Baş həkim kriminal avtoritetə məni döydürdü" - Qarabağ əlili

"Baş həkim bir mübahisəli məsələni araşdırmaq üçün məni xəstəxanaya çağırmışdı. Dəhlizdə iki ayağı olmayan Qarabağ əlili və kriminal aləmdə Ebu ləqəbi ilə tanınan Elbrus adlı şəxs üstümə gələrək məni döydü. Bizi polisə apardılar, orda məlum oldu ki, baş verənlər Könül Ələkbərovun quramasıdır”. Azerbaycanrealligi.com xəbər verir ki, Bu sözləri Criminal.az saytına 2-ci qrup Qarabağ əlili Oqtay Cəfərov deyib.
Onun sözlərinə görə, bu yolla K.Ələkbərov qanunsuz əməllərini ört-basdır etmək istəyir.

O.Cəfərov Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında xidmətdə olub. 1992-ci ildə Ağdərə isrtiqamə gedən döyüşlərdə ağır yaralaraq əlil olub.
Qarabağ qazisi deyir ki, məqsədi Qarabağ əlillərinə köməklik etməkdir. Bu isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor Könül Ələkbərovu narahat edir:

"Kriminal ələmi də üstümüzə salaraq bizi susdurmaq istəyir. Onun işi bizi şərləməkdir. Bir nəfəri öyrədərək üstümə saldı. Sonra məni dələduz kimi polisə verdi. O bura gəlib insanları müalicə etsin, say hesabı atarmağa gəlməyib. Polisdə mənə dedilər ki, baş verənlər Könül həkimin quramasıdır. Mən əlilər üçün təmənnasız iş görürəm. Könül mənə sübut etsin ki, rüşvət alıram. Mənə subut etsin ki, onun həkimləri rüşvət almır”.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor Könül Ələkbərov Criminal.az saytına açıqlamasında bildirdi ki, O.Cəfərov saxta əlillik düzəltmək məqsədilə maklerlik edir.

"Mən həkiməm, kriminal aləmlə heç bir əlaqəm yoxdur. Əgər elə bir hadisə baş veribsə, hüquq-mühafizə orqanlarına müraciət etsin. Oqtayla bağlı kifayət qədər şikayət var. O, saxta əlilik düzəltməklə məşğul olur, insanlardan pul alır, əlilik düzəldə bilməyəndə isə pulları geri qaytarmır. Nəticədə insanlar məhkəmələrə müraciət etməli olur. Oqtay müxtəlif adamların adından istifadə edərək yuxarı instansiyalara şikayətlər edir. Şikayət araşdırılanda məlum olur ki, həmin şəxslər heç bir şikayət etməyiblər. Əgər saxta əliliyin qarşısını alıramsa, əlilik üzərindən maklerik etmək istəyən insan onun yolunu kəsdiyimə görə məni şantaj edirsə, bu başqa araşdırma mövzüsudur. Əlillər gəlib şikayət edir ki, Oqtaya pul verib, geri qaytarmır. Gəlib əlillərdən soruşun, heç kim Oqtayı tanımır, rüşvətin qarşısını alıram deyə şantaja əl atır. Mingəçevir şəhərində 1100 müharibə veteranı, 300-dən çox Qarabağ əili var. 4 veterandan başqa narazılıq edən yoxdur. Sizcə bu veteran niyə narazıdır? Çünki onların yolunun üstünə çıxmışam. Mingəçevirdə dərmanlar pulsuzdur, boldur, labaratoriya var. bunlar burda müalicə almır, gedib Ucarda müalicə olunur. Ucarda xəstəxana bərbad, labaratiya yox dərəcəsindədir. Burda müalicə olunmur, gedib Ucarda pis vəziyyətə düşərək üstümə gəlir. Sonra isə epikrisi Oqtay gətirirki əlillik verin. Xəstəxanamızda 110 kamera işləyir, Oqtay hər gün xəstəxanaya gəlir, həkimləri təhdid edir, zorla diaqnoz yazdırır”-deyə K.Ələkbərov bildirdi.

 Azerbaycanrealligi.com 



Bizimlə əlaqə saxlayın