İkram Rəhimovun həbs müddəti uzadılıb

22, 12, 18
20:54

İkram Rəhimovun həbs müddəti uzadılıb


Azerbaycanrealligi.com xəbər verir ki, Realliq.info saytının baş redaktoru İkram Rəhimovun həbs müddəti 3 ay uzadılıb.
Qərarı dekabrın 20-si Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev istintaq orqanının təqdimatı əsasında çıxarıb.

Yaxınları qərardan apellyasiya şikayəti veriləcəyini bildiriblər.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti həbs edib.
O, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup  şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur.

İkram Rəhimov ittihamları rədd edir.

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın