“AAAF Park” Yaşayı Kompleksini etiraz aksiyası bürüdü, sakinlər yolu bağladılar - VİDEO

20, 11, 18
13:33

“AAAF Park” Yaşayı Kompleksini etiraz aksiyası bürüdü, sakinlər yolu bağladılar - VİDEO


Azerbaycanrealligi.com Avropa.info-ya isitnadən xəbər verir ki, aksiyaya səbəb kompleks rəhbərliyinin borc olmadığı halda sakinlərin işıqlarını və istilik sistemini kəsməsidir.

Sakinlərin Avropa.info-ya verdikləri məlumata görə, kompleks rəhbərliyi sakinlərdən qeyri-qanuni olaraq 772 manat qaz sayğacı pulu tələb edir.
“Sayğac üçün qeyri-qanuni olaraq 772 manat pul tələb edirlər. Hansı ki, biz o pulu ev alarkən ödəmişik. Sayğac üçün tələb olunan pulu vermədiyimizə görə, işıqlarımızı qanunsuz olaraq kəsirlər. Qışdır, amma bizim nə işığımız var, nə də istilik sistemini işə salırlar. Sakinlərdən kim gedib bu özbaşınalığı qaldırın, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik deyirsə, deyirlər ki, biz kimsəni saymırıq, gedin, kimə istəyirsiniz, şikayət edin. Azəriqazla əlaqə saxlamışıq, deyirlər ki, bu özbaşınalıqdır. Sayğaclar sakinlərə pulsuz paylanır.

Komleksdə istilik üçün qazanxana var, amma bu qazanxana ancaq rəhbərliyin ofisini isidir. Sakinlər isə soyuq evlərdə yaşayırlar. Biz ev alarkən sayğac üçün pul ödəmişik. Qəbzlərdə əlimizdədir. Sayğaclar isə dövlət tərəfindən pulsuz verilir. Kompleks rəhbərliyi isə bizdən qeyri qanuni olaraq pul tələb edir. Bu pulu vermədiyimiz üçün də işıqlarımız söndürülüb, istilik də verilmir” – kompleks sakinləri belə deyirlər.

Dünən axşam etiraz aksiyası keçirən və yolu bağlayan sakinlərin qarşısına “AAAF Holdinq”in sahibi Tofiq Heydərovun  bacısı oğlu və həmin kompleksin icraçı direktoru Ruslan adlı şəxs çıxıb. Tofiq Heydərovun  bacısı oğlu sakinlərin problemlərini həll etmək əvəzinə “yekə kişisiniz, bura nəyə çıxmısınız” sözləri ilə təhqir edib. İcraçı direktor bununla da kifayətlənməyərək, qadın sakinlərlə də kobud rəftar edib.
“İstilik” , “İşıq” şüarları səsləndirən sakinlər, qanunsuz olaraq kəsilən işıqlarının verilməsini tələb ediblər. Sakinlər bu gün səhər saatlarında yenidən aksiya keçirərək, haqlarını istəyiblər. Kompleks rəhbərliyi isə bütün tələbləri qulaqardına vurur.
Sakinlər isə dövlət orqanlarından problemin həlli üçün yardım və bu qanunsuzluğun qarşısının alınmasını istəyirlər.

VİDEO


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın