Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var- FOTOLAR

20, 11, 18
09:50

Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var- FOTOLAR


Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.
Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda "Report"un Qərb bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.
Nəticədə 3-cü blokun bir hissəsi çöküb.
İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.
Faktla bağlı araşdırma aparılır






Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın