Vəhabilərin cin çıxartmaq adı ilə öldürdükləri gənc haqqında şok etiraflar - VİDEO

13, 11, 18
13:22

Vəhabilərin cin çıxartmaq adı ilə öldürdükləri gənc haqqında şok etiraflar - VİDEO


Azerbaycanrealligi.com xəbər verir ki, 25 yaşlı Bakı şəhər sakini Murad Soltanovun Şabran şəhərindəki kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılıb. İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə Murad Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Daha ətraflı videoda

VİDEO


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın