Azadlıq uğrunda mübariz insan - Neftçalanın fəxri Hacı Natiq!

10, 11, 18
22:31

Azadlıq uğrunda mübariz insan - Neftçalanın fəxri Hacı Natiq!


Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada 1918-ci il noyabrın 9-da Bakı şəhərində qəbul edilmiş və yüksəldilmişdir. 9 noyabr - Bayraq günü müqqədəs bayramımızdan bir neçə gün keçiməyinə baxmayaraq bu bayrağın yaşamasında, dalğalamasında Azərbaycanın cəsarətli, mübariz oğullarının əvəzsiz xidmətləri olmuşdur. Çoxsaylı məhrumiyyətlər, təzyiqlər yaşamış bu cəsurlardan biri də Neftçala rayonundan olan azadlığımız uğrunda mübarizənin daim önündə gedən Hacı Natiq Hüseynovdur.

Bu sima Neftçalada çoxuna tanışdır. Hacı Natiq Milli Azadlıq Hərakatının fəal üzvü olub və 1992-ci ildə “Azadlıq uğrunda mübariz” fəxri adı ilə təltif olunub. 1990-ci il 20 Yanvar hadisələrindən sonra o, Neftçala rayon Kommunist Partiyası binası üzərindən SSRİ-nin bayrağını götürərək onun yerinə üçrəngli bayrağımızı asıb. Bu hadisədən sonra Hacı həbs olunmuşdu, ancaq bu onu mübarizədən çəkindirməmişdi. Qeyd edək ki, həmin vaxt milli mücadiləyə dəstək olan insanları müxtəlif bəhanələrlə həbs edirdilər. O, 2016-ci ildə müqqədəs torpaqlarda Həcc ziyarətində olub, çox imanlı, təqvalı, səxavətli bir insan olması ilə xalqın hörmətini qazanmışdı. Hacı Natiq uzun müddət sahibkarlıqla məşqul olub. O, Neftçala rayonunun mərkəzində yerləşən bazarın sahibi idi, ömürünün son anına kimi korrupsiya və rüşvətxorluqla mübarizə aparıb. Elə Hacının bu mübarizəsi də çox vaxt rayon rəhbərliyinin xoşuna gəlmirdi, bu fəaliyyətinə görə dəfələrlə şərlənərək həbs olurdu. Onun sonuncu həbsi Neftçalaya yeni icra başçısı təyin olunmuş İsmayıl Vəliyevin sifarişi ilə olub. Belə ki, icra başçısı onun bazarına göz tikdiyindən onun şərlənib tutulmasında birbaşa rol oynayıb. Saxta ittihamla həbs etdirsə də, amma istəyinə nail olmayıb, necə deyərlər, arzusu ürəyində qalıb. 2012-ci il mayın 28-də sahibkarlara qarşı olan basqıya görə bir neçə sahibkar aclıq aksiyasına başlamışdı. Hacı Natiq aksiyanın üçüncü günü rayonda baş verən hadisələri məktuba yazır və övladına tapşırır ki, ATƏT-in Bakı ofisinə göndərsin. Ancaq poçt idarəsi həmin məktubu ATƏT-ə göndərməyib. Bununla bağlı məsələni aydınlaşdırmaq üçün Hacı Natiq iki oğlu ilə poçt idarəsinə gəlib. Bu zaman 20-ə yaxın polis əməkdaşı Hacı Natiq və iki oğlunu həbs edərək polis şöbəsinə aparırlar. Övladıları polis idarəsində 6 saat saxlanıldıqdan sonra rayonda yaranan gərginliyi azaltmaq üçün sərbəst buraxılırlar. Ancaq hacını buraxmırlar. Hacı Natiqin həbsinə görə irəli sürülmüş ittihamın məzmununda onun poçt idarəsini dağıtdığı və bu səbəbdən də polisin müdaxiləsi ilə həbs qəti imkan tədbiri görülməsinə ehtiyac olduğu bildirilir. Elə bu adla da cinayət işi açıldı və cinayət işi 315.1 maddəsi ilə davam etdirildi. Uzun sürən məhkəmə prosesinin sonunda 1 il yarım müddətinə azadlıqdan məhrum edildi.

Neftçala rayonunun ictimai-siyasi həyatında xüsusi tarixi rol oynamış, həyatını Azərbaycanın istiqlalı uğrunda fəda edən, hər zaman cavan 58 yaşlı Hacı Natiq Hüseynov, Bayraq bayramın kutlu olsun! Böyük insan, sən Neftçala xalqının qəlbinə əbədi bir nişanə olaraq düşdün, Allah sənə qəni-qəni rəhmət eləsin, yerin Cənnət olsun!

Azerbaycanrealligi.com

Dəyanət Babayev - əlaqə nömrəsi: (055) 8288841

Bizimlə əlaqə saxlayın