Bakıda kafedə DƏHŞƏTLİ YANĞIN: Ölənlər var

03, 11, 18
12:43

Bakıda kafedə DƏHŞƏTLİ YANĞIN: Ölənlər var



Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azerbaycanrealligi.com verilən məlumata görə, hadisə Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən kafedə baş verib. 

Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti aşkar edilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın