Kəmaləddin Heydərova məxsus hotel bağlandı

22, 10, 18
08:39

Kəmaləddin Heydərova məxsus hotel bağlandı



Oktyabrın 22-də Lənkəranda yerləşən "Qafqaz Sahil Hotel”in rəsmən bağlandığı açıqlanıb.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Arqument.Az-a hotelin əməkdaşları məlumat veriblər.

Onlar bildiriblər ki, "Gilan Holdinq"ə daxil olan "Qafqaz Sahil Hotel” sabahdan rəsmən fəaliyyət göstərməyəcək.
2008-ci ildən fəaliyyət göstərən və həmin il ölkə başçısı İlham Əliyev tərəfindən rəsmi açılışı edilən otelin 42 işçisi olub.
"Ayın 8-də bildirişə qol çəkdik. Dedilər ki, 15 gün sonra hotel rəsmən bağlanır. Sabah son gündür. 42 professional personal işsiz qaldı. 10 il idi ki, burada çalışırdıq. 8 oktyabr 2008-ci ildə açılışı olmuşdu, 22 oktyabr 2018-ci ildə də bağlandı. Heç kəsə də kompensasiya verilməyib hələ ki. Amma deyiblər ki, verəcəyik", - onlar bildiriblər.

Hoteldən bağlanmaqla bağlı məlumatı Arqument.Az-a təsdiqləyiblər. Bildiriblər ki, hamı işdən azad olunub və sabahdan qonaq qəbul olunmayacaq.
"Gilan Holdinq"ə daxil olan "Qafqaz Sahil Hotel” 2008-ci ildən fəaliyyət göstərirdi.
Hotelin Fövqəlada hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia olunurdu.



Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın