Bakıda qız 80 yaşlı anasını çölə atdı - Foto

15, 10, 18
11:33

Bakıda qız 80 yaşlı anasını çölə atdı - Foto

Azerbaycanrealligi.com-a daxil olan məlumata görə Bakıda ağbirçək qadını qızı evdən qovub.



Küçədə qalan 80 yaşlı Əsgərova Cəmilə polislər tərəfindən "Təmiz Dünya" qadın və uşaq sığınacağına gətirilib.

Qadın əvvəlcə polislərə yaddaşsızlıqdan əziyyət çəkdiyi üçün evinə yolu unutduğunu söyləyib. Hər halda "Təmiz Dünya"nın sədri Mehriban Zeynalova sosial şəbəkədə Əsgərova Cəmilənin fotosunu paylaşaraq ailəsinin tapılması üçün kömək istəmişdi.

Bu gün isə məlum olub ki, polislər tərəfindən sığınacağa gətirilən 80 yaşlı qadın süpürgəçi işləyirmiş. İkinci qızı onu evindən çıxarıb və "hara istəyir sən gedə bilərsən" deyib. 

Qadının böyük qızı anasının bacısı tərəfindən küçəyə atıldığından sosial şəbəkədən xəbər tutub. Səhəri gün sığınacağa gələrək anasına sahib çıxıb.




Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın