Şəhid bacısı İlham Əliyev və Fikrət Məmmədova müraciət etdi.

02, 10, 18
21:23

Şəhid bacısı İlham Əliyev və Fikrət Məmmədova müraciət etdi.


Azerbaycanrealligi.com xəbər verir ki, şəhid bacısı onun oğluna qarşı baş verən haqsızlıqla bağlı ölkə başçısı İlham Əliyev və Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Vətən uğrunda həlak olan şəhidin bacısının müraciətini olduğu kimi təqdim edirik.

Azərbaycan respubilkasinin prezidenti cənab İlham Əliyev və Ədliyyə Naziri Cənab Fikrət Məmmədova Xocalı  Rayon sakini ikinci qrup Qarabağ əllili, Şəhid bacısı  Cavadova Telyana Ədil Qızı tərəfindən Ərizə :

"Hörmətli prezident və cənab nazir, bildiriş üçün qeyd edim ki, doqquz övladımdan biri olan oğlum Cavadov Cəfər Binəqədi Rayon İcra Şöbəsinin əməkdaşı Vüqar Əliyev tərəfindən davamlı şəkildə təzyiqlərə məruz qalır. Açıq-aşkar oğluma şər ataraq bir dəfə on sutkalıq həbsə göndərib. Bu hadisə baş verib 10.08.2018-ci ildə. Vüqar adlı icraçının yalan üzərində qurulmuş şikayətində qeyd edilib ki, guya oğlumun 3859 manat aliment borcu var. Bu isə elə oğlumun keçmiş həyat yoldaşı tərəfindən təkzib olundu və oğlumun keçmiş həyat yoldaşı teleqram vuraraq qeyd etdi ki, Cəfərin avqust ayına qədər olan borcu göstərilən kimi yox, 1500 manatdır. Əliyev Vüqar aliment istəyən tərəf ilə çox isti münasibətdə olduğundan  vəzifə səlahiyyətlərini aşmaqda davam edir. Oğlum avqust ayının 10-da inzibati qaydada həbs olunub və avqustun 20-də azadlığa çıxsa, da Əliyev Vüqar avqust ayının 24-də təkrar oğlumun axtarışa verilməsi barədə aidiyyatı  orqanlara müraciət edib. Cənab Nazir, aliment borcuna görə həbs olunan oğlumun həbsdən cıxdıqdan 4 gun sonra təkrar axtarışa verilməsi heç bir ədalət prinsipinə uyğun gəlmir və bu hal sübut edir ki, icracı Vüqar oğluma qarşı qərəzlidir. Bu isə Ədilyyə sistemində olan uğurlu islahatlara ziddir. Sizdən bir yaşlı ana kimi xahiş edirəm ki, vəzifə səlahiyyətlərini aşıb, qanunları isti munasibətə görə tapdalayan icra məmuru Əiyev Vüqar barəsində ölçu götürəsiniz. Vüqar Əliyevin oğluma qarşı qərəzli olduğunu isbatlayan  protokolu və şər atmanı isbat edən sənədləri məktubuma əlavə edirəm."


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın