"Erməni məzarları üzərində yeyib-içib, sağlıq deyəcəyik" - İsgəndər Həmidovdan MİTİNQ ÇIXIŞI - VİDEO

01, 10, 18
09:47

"Erməni məzarları üzərində yeyib-içib, sağlıq deyəcəyik" - İsgəndər Həmidovdan MİTİNQ ÇIXIŞI - VİDEO



Ötən gün paytaxtın Yasamal rayonu ərazisində Bakı şəhər İcra Hakimiyyətinin icazəsi ilə keçirilən "Qarabağ mitinqi"ndə sabiq daxili işlər naziri, mitinqin Təşkilat Komitəsinin üzvü İsgəndər Həmidov çox sərt şəkildə hakimiyyəti tənqid edib. 

Azerbaycanrealligi.com Demokrat.Az-a isitnadən xəbər verir ki, sabiq daxili işlər naziri mitinqdə çıxışı zamanı Azərbaycan hakimiyyətini dərhal Qarabağ uğrunda müharibəyə başlamağa çağırıb.

İsgəndər Həmidov deyib ki, Azərbaycan hakimiyyəti 25 ildən çoxdur ki, torpaqları işğaldan azad etməyə nail ola bilməyib:

"Bu gün keçirilən mitinqdə 5 alay var. Onlar Qarabağ uğrunda döyüşlərə hazırdır. Məndən öncə çıxış edənlər də söylədi və 25 ildir bu hakimiyyət deyir ki, lazım gələrsə Qarabağı azad edərik. Lazım gəlib çıxmadı. Lazıma istefa!".

İsgəndər Həmidov bildirib ki, Qarabağ ermənilərə məzar olacaq:

"Onların məzarı çox böyük olacaq. Biz də erməni məzarları üzərində şəhərlər quracağıq, gül-çiçək əkib, yeyib-içib, sağlıq deyəcəyik".


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın