"7 rayonumuz sülh yolu ilə geri qaytarıldı" - ATV-dən SENSASSİON XƏBƏR - VİDEO

30, 09, 18
16:42

"7 rayonumuz sülh yolu ilə geri qaytarıldı" - ATV-dən SENSASSİON XƏBƏR - VİDEO



ATV-nin efirində Azərbaycanın erməni işğalı altında olan 7 rayonunun artıq sülh yolu ilə geri qaytarıldığı barədə sensasion fikirlər səsləndirilib. 

Azerbaycanrealligi.com Demokrat.Az-a isitnadən xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan həmin videoda "ATV Xəbər"in aparıcı Lalə Azərtaş işğalı altında olan 7 rayonunun geri qaytarılması xəbərini tamaşaçılara çatdırmaq üçün vaxtından əvvəl günorta buraxılışının efirə yayımlandığını bildirir:

Daha sonra teleaparıcı deyir:

"Hamımızın gözlədiyi şad xəbəri eşidəcəyik bu gün. Ekranlara yaxın oturun. Axır ki, Qarabağımız, Laçınımız, Şuşamız və bununla bərabər 7 rayonumuz sülh yolu ilə geri qaytarıldı. Bəli, düz eşidirsiniz. Uzun illərdir ki, müharibə şəraitində olan Qarabağımız axır ki bizim lehimizə geri qaytarıldı".
 
Sözügedən görüntülərin nə zaman çəkilməsi bizə məlum deyil.

Həmin videonu oxuculara təqdim edirik:


Azerbaycanrealligi.com






Bizimlə əlaqə saxlayın