İlham Əliyevlə Paşinyan ayaqüstü söhbətləşdilər - Video

28, 09, 18
21:53

İlham Əliyevlə Paşinyan ayaqüstü söhbətləşdilər - Video

ÆliyevlÉ PaÅinyan ayaqüstü söhbÉtlÉÅdilÉr

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədə rəsmi səfərdə olan prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan söhbətləşiblər.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə erməni baş nazir özünün feysbuk hesabında yazıb. Qısa çəkən söhbətin detallarına gəlincə Paşinyan bildirib ki, dialoqun təfərrüatı barədə İrəvana qayıtdıqdan sonra məlumat verəcək. 
Sosial şəbəkələrdə yayılan görüntülərdə isə xatirə şəkli çəkilən zaman Paşinyanın Azərbaycan lideri ilə yanaşı durduğu, daha sonra onunla ayaqüstü söhbətləşdiyi əks olunub.

Qeyd edək ki, bu, İlham Əliyevlə Paşinyan arasındakı ilk söhbətləşmədir. Daha əvvəl erməni baş nazir bildirmişdi ki, Moskvada futbol üzrə Dünya Çempionatı zamanı Rusiya lideri Vladimir Putin onları tanış edib. 


Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın