Qarabağ Komitəsi mitinq keçirmək istəyir

06, 09, 18
00:04

Qarabağ Komitəsi mitinq keçirmək istəyir

Qarabağ Komitəsinin sentyabrın 5-də keçirilən iclasında “Qarabağa azadlıq” tələbi ilə mitinqin keçirilməsi barədə qərar qəbul olunub.

Azerbaycanrealligi.com xəbər verir ki, ​​​Musavat.com-a verilən məlumata görə, mitinq sentyabrın 29-na təyin edilib. Qarabağ Komitəsinə daxil olan partiya və təşkilatlar, o cümlədən Müsavat partiyası, İslam partiyası, Xalq partiyası, Klassik Xalq Cəbhəsi partiyası, Vətəndaş Həmrəyliyi partiyası, Milli Demokrat partiyası, AĞ partiya, Qarabağ Azadlıq Təşkilatı və digərləri birgə fəaliyyət üçün mövqelərini bir daha nümayiş etdirib, Akif Nağı, Əvəz Zeynallı, Mirmahmud Mirəlioğlu, Akif Heydərli, Pənah Hüseyn, Felmar Əkbərov, İlqar Əli, Şakir Abbas, Sahib Musayev və digərləri çıxış edərək mitinqin kütləviliyinin təmin olunması üçün təkliflərini veriblər.

İclasda həmçinin “Yurda qayıdış” aksiyasında Komitə üzvlərinin iştirakı müzakirə olunub, sentyabrın 1-də keçirilən aksiyada Komitə üzvlərinin iştirakı məqbul sayılıb və bu ideyanın gündəmdə saxlanılması məqsədəuyğun hesab edilib. Komitə daha sonra digər məsələlərlə bağlı qərarlarını qəbul edib.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın