Yevlax rayon rəhbərliyi etiraz edir: "Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylanması əsassızdır".

24, 08, 18
13:59

Yevlax rayon rəhbərliyi etiraz edir: "Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylanması əsassızdır".



Əli Quliyev: "Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylaması əsassızdır. Bütün hallarda belə olarsa, vətəndaş müraciət etdiyi təqdirdə məsələ dərhal araşdırılıb ona qurban payının verilməsi təşkil olunar". 

22.08.2018 tarixində Azerbaycanrealligi.com xəbər saytında "Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb. - ŞİKAYƏT VIDEOSU" başlıqlı yazı dərc etmişdik. Həmin informasiyanı sosial şəbəkələrdə yaylan video əsasında əldə edib xəbər məqalə hazırlamışdıq. Bu gün isə saytmızla əlaqə saxlayan Yevlax rayonu Yeni Azərbaycan Partiyasının aparat rəhbəri Əli Quliyev bildirdi ki, deyilənlər tamamilə əsasızdır, həqiqətə uyğun deyil. 

Sevindirici haldır ki, Azerbaycanrealliği.com saytının vətəndaş mövqeyini əks etdirərək hazırladığı xəbər müvafiq qurumların diqqət nəzərindən yayınmır və xəbərdə verilən məsələlərə dərhal yerindəcə münasibət verərək cari problemin həllinə nail olmağa çalışırlar. Adı gedən xəbərlə bağlı sayta verilmiş açıqlamanı diqqətinizə çatdırırıq.

"İlk növbədə bildiririk ki, saytınız rayonumuzda çox oxunaqlı və həmişə həqiqətləri yazan bir sayt olaraq qəbul olunub. Yevlax Şəhər İcra Hakimiyyətinin Qurban bayramı münasibəti ilə payladığı qurbanlıq ət haqqında verdiyiniz məqaləyə münasibət olaraq bildiririk ki, şəhid və Qarabag əlillərinin ailələri Yevlaxda daim diqqət mərkəzində saxlanılır. Bu hər bir Azərbaycan vətəndaşının borcudur. Yevlaxda Qurban ətləri tam sanitar qaydalara uyğun olaraq kəsilib hazırlanıb, qablaşdırılıb və paylanıb. Qablaşdırma zamanı ortada olan zaman müddətində belə Dövlət Baytarlıq İdarəsinin müvafiq soyuducusundan istifadə olunub. Yevlax Şəhər İcra Hakimiyyəti şəhid ailələri, Qarabağ Müharibəsi Əlilləri və Veteranlar Cəmiyyətinin rəhbəri və nümayəndələri qurban ətini təhvil vermişdir. Onlar isə öz növbəsində müvafiq siyahı əsasında ailələrə müraciət edərək qurban payını paylayıblar. Ola bilər ki, isti hava şəraitidir və ətlər salafan paketlərdə qablaşdırılıb, bəlkə kimsə gec götürüb, ya evinə gec aparılıb bu cür hal baş verib. Bütün hallarda belə hallar olarsa da, belə vətəndaş müraciət etdiyi tədqirdə məsələ dərhal araşdırılıb ona digər qurban payının verilməsi təşkil olunar. Və aidiyyəti şəxs mütləq cəzalandırılar. Bu bayram payıdır. Heç bir qurum yaxşılıq etmək niyyətində olduğu halda özünü mənfi şəkildə gündəmə gətirmək istəməz. Burada açıq-aşkar məkrli mövqe var. Yevlaxda 1600-dən çox ailəyə, o cümlədən, 3 hərbi hissəyə Qurban payı göndərilib. Heç bir narazılıq da yoxdur. Hamı minnətdarlıq ifadə edir. Çox xahiş edirik ki, ədalətinizə sığınaraq bu məsələni nəzərə alasınız. Qarşı tərəfində mövqeyini dərc edəsiniz".

Qurban bayramnda Yevlax rayonunda kəsilən qurbanlıq heyvanların - FOTOLARI

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın