Jurnalistlə Manaf Ağayev barışdılar

23, 08, 18
14:41

Jurnalistlə Manaf Ağayev barışdılar


Bir neçə gündür gündəm mövzusuna çevrilən Manaf Ağayev və jurnalist Xeberal.az saytının baş redaktoru Mirismayıl Xələfli arasındakı qalmaqal artıq bitmək üzrədir. Jurnalist öz facebook səhifəsində Manaf Ağayev haqqında yazdığı statusunu da artıq silib. Bu haqda Mirismayil bəy Azerbaycanrealligi.com-a danışıb. O bildirir ki: "Dünən Manaf Ağayevin oğlu zəng etdi və bildirdi ki, füzulililəri statusunda təhqir etmisən, onlar səni axtarırlar. Oğlu ilə söhbətimizdə fikir ayrılıqları olduğu üçün danışıqlarımız alınmadı. Daha sonra Manaf müəllim özü zəng etdi. Təxminən 2 saata yaxın telefon danışığımız oldu və mən bildirdim ki, bu ölkədə heç kim şəhid ailəsini diz çökdürə bilməz, onların övladları bizim azad yaşamağımız üçün canlarından keçib. Ölkə başçısı İlham Əliyev və birinci vitze-prezident Mehriban xanım onlara lazımınca qayğı göstərir, həm Şəhidlər, həm də onların ailələri bizim üçün müqəddəsdir. Azərbaycan hüquqi dövlətdir, kimin nə problemi varsa, kimsə haradasa içki içir, onu kimsə videoya çəkirsə, şikayətçidirsə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Onlar lazım olan tədbiri görəcəklər. Yoxsa mən kimisə razborkaya çağırdım, hansısa şəhid ailəsini diz çökürdürdüm, bu nə sənətkara, nə də sənətə yaraşan hərəkət deyil. Manaf müəllim bildirdi ki, məsələn, mən deyən kimi deyil, bəzi xəbər saytları onun fikrini yanlış yazıb. Manaf bəy bildirdi ki, Mətanətin məlum məsələsi ilə bağlı mən onlara zəng etməmişəm, onlar mənə zəng ediblər. Həmin şəxsin anası şəhid anası idi. Mən məsləhət gördüm ki, Mətanət xanıma zəng edin, üzr istəyin, o sizi başa düşəcək. Onlar da Mətanət xanıma zəng edib üzr istəyiblər, xanım şəhid anası olduğunu bildirib. Mətanət xanım isə ana ilə çox ehtiramla danışıb və deyib ki, mən sizdən üzr istəyirəm, ay ana".

Jurnalist qeyd edir ki: "Manaf Ağayevlə aramızda olan xoşagəlməz hal dünən öz həllini tapdı. Mən hal-hazırda bayramla bağlı Bakıda deyiləm, rayondayam. Bakıya gələn kimi də Manaf bəylə görüşəcəyəm. Bizim ailə və mən həmişə onun ifalarını dinləmişik, sənətinə də böyük hörmətimiz var, amma medianın bu cür yazmağı məni çox hiddətləndirdi. Şəhidlik mövzusu bizim yaralı və həssas yerimizdir. Şəhid ailəsinə bir söz deyəndə sanki mənim ailəmə deyirlər. Onlar Azərbaycanın ən müqəddəs varlıqlardır, ona görə də, onlar haqda danışan hər bir kəs ehtiyatlı olmalıdır. Manaf bəy belə danışanda biz bunları müzakirə etdik və bir-birimizi başa düşdük. Ona görə də, statusumu sildim. Allah Azərbaycanımızı və onun uğrunda şəhid olan bütün şəhid analarını, atalarını övladlarını, ən əsası, ailələrini qorusun".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın