“Mirismayıl Xələfli statusunda tək Manaf Ağayevi yox, Qarabağlıları təhqir edib” – Baş redaktor

23, 08, 18
09:23

“Mirismayıl Xələfli statusunda tək Manaf Ağayevi yox, Qarabağlıları təhqir edib” – Baş redaktor



Müğənni Manaf Ağayev həmkarı Mətanət Əsədovanın videosunu yayan adamı söhbətə çağırıb və diz çökdürməsi mediada geniş müzakirə obyektinə çevrildi. Məlumata görə, həmin şəxsin anası oğlunun bağışlanması üçün müğənniyə yalvarıb.

Bu barədə sayta açıqlama verən M. Ağayev qeyd edib ki, həmin qadın şəhid anası olduğu üçün onun övladını bağışlayıb. 

Bu gün Xeberal.az saytının baş redaktoru Mirismayıl Xələfli müğənni Manaf Ağayevin Mətanət Əsədovanın videosunu yayan adamı “razborkaya” çağıraraq onu “nakazat” etməsi ilə bağlı məsələyə öz statusu ilə fikir bildirərkən, Füzuliləri, eləcə də işğal olunan  bölgələrimizin kişilərini təhqir
edib.

Mirismayıl Xələfli: “Bu Manafa deyin az kişilikdən danışsın. Doğulduğu Füzuli rayonu işğal altındadır. Manaf Ağayev və bəziləri torpağını erməniyə verib gəlib Bakıda kişi olublar, kişilikdən danışırlar. Saçına qara qoyub Mətanət Əsədovanın qeyrətini çəkincə get mahnını oxu, pulunu qazan. Sənin torpağını işğal edən hansısa bir erməni dığasını Moskvada ya hardasa söhbətə çağırmısan? Nə xod gedirsən? Səni Manaf edən söhbətə çağırmaq istədiyin Azərbaycan kişiləridir, ağıllı ol, quş buraxma!!!”

RealMedia.az saytını baş redaktoru, jurnalist Ramin Məhəmmədoğlu Mirismayıl Xələflinin “Bu Manafa deyin az kişilikdən danışsın. Doğulduğu Füzuli rayonu işğal altındadır. Manaf Ağayev və bəziləri torpağını erməniyə verib gəlib Bakıda kişi olublar, kişilikdən danışırlar”- statusu ilə bağlı fikir bildirib: «Mirismayəl Xələflinin yazdığı statusundan belə çıxır ki, işğal olmuş rayonlarımızın kişiləri danışmamalıdırlar? Onlar susmalıdılar? Burda danışmamalı olan, kişiliklərini itirmişlər Füzulini, Cəbrayılı, Laçını, Xocalını, Xocavəndi, Şuşanı, Ağdamı ermənilərə “peşkaş” edənlərdi. Bunun nə Manaf ağayevə nədə digər məcburi köçkünlərə aidiyyəti yoxdur. Belə çıxır ki, Manaf Ağayev və ya Füzulilərmi günahkardı  20% torpaqlarımızın işğal olmasında? Mirismayıl Manaf Ağayevi  müğənni dostu Mətanət Əsədovanı müdafiə etməsinə bu formada deyil, yəni yumuşaq ifadə ilə fikir bildirməsi gərəkli idi. Mən bilmirəım, doğrudandamı bu statusu yazan Mirismayıl özü olub, yoxsa kimsə yazıb onun profili ilə»-deyə baş redaktor Ramin Məhəmmədoğlu bildirib.

Ramin Məhəmmədoğlu vurğulayıb ki, normal düşüncəli insan, ələlxüsusda jurnalist belə bir status yazırsa deyəcək söz tapa bilmirəm. Jurnalistika elə bir peşədir ki, bir yazı yazanda, daha doğru yazmamışdan nə yazacağının məsuliyyətini dərk edib yazmalısan. Yoxsa ağzına nə gəldi yazıb, sabahsı gün başın ağrıtmamalıdır. 

“Düşünürəm ki, Manaf Ağayevin şəxsind  Füzuliləri, eləcə də ümumi işğal altında olan Qarabağlılara qarşı belə aşağılayıcı sözlər işlətməklə yalnız özü-öz başını ağrıtmaqdan başq bir şey deyildir. Mirismayıl tək Manaf Ağayevin yox, ümumi işğal altında olan torpaqlardan köçkün düşənləri təhqir edib. 

Mən özümdə Füzuli rayonunnanam, Mirismayıllada yaxşı tanıyıram, amma çox təssüflər olsun ki, onun məsələyə belə təhqir edici bir formada status yazmasını qəbul etmirəm”. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın