Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb. - ŞİKAYƏT VIDEOSU

22, 08, 18
20:15

Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb. - ŞİKAYƏT VIDEOSU


Azerbaycanrealligi.com xəbər verir ki, sosial şəbəkədə yayılmış videoya görə Yevlax rayon sakinləri Yevlax Rayon İcra Hakimiyyətinin Qurban bayramı münasibətilə Qarabağ əlil və şəhid ailələrinə payladığı qurbanlıq ətlərin vəziyyətindən çox narazıdırlar. Yevlax rayon sakini üç Qarabağ əlili və şəhid ailəsinə verilən qurbanlıq ətlərini nümayiş etdirərək onlara edilən dırnaqarası "hörməti" təhqir kimi dəyərləndirir. O deyir: "Bu iylənmiş əti bu əziz gündə kim kimin qapısına pay aparar. Qarabağ əlili, şəhid ailəsinə qoyulan hörmətə baxın". Yevlax sakini Qarabağ əlilinin xanımı Yevlax Rayon İcra Hakimiyyətinin belə bir məsuliyyətsiz hərəkətindən şikayətlənərək bu gerçəkliyin sosial şəbəkədə yayılmasını və  Qarabağ əlil və şəhidlərin ailələrinə edilən hörmətsizliyin bariz nümunəsinə göz yummamağı, problemi işıqlandırmağı xahiş edir.


Sözü gedən video təqdim edirik




Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın