Daha bir keçmiş siyasi məhbus ölümlə üz-üzə

15, 08, 18
12:06

Daha bir keçmiş siyasi məhbus ölümlə üz-üzə



Həyat elədir ki, bəzən insanlara, həqiqətən, amansız olur. Azərbaycanda Vətənini, millətini sevən gənclər hər zaman həyatda böyük çətinliklərlə üzləşirlər. Hər zaman düşünürsən ki, niyə həyatda saf, təmiz olan gənlər əzablar çəkir. Axı bizim Azərbaycan neft ölkəsidir. O, hər zaman gəncinə də, qocasına da, xəstəsinə də, kimsəsizinə də sahib çıxmaq iqtidarında olmalıdır. İndi sizə Samir Poladov adlı bir gəncdən danışacağam. O, həyatda bir kişi üçün ən ağır çətinliklər olan səngər və zindanın hər ikisindən keçib. Hər kəs onu Bozqurd Samir dayı kimi tanıyır. Samir bəy Mingəçevir Polisin İdarəsində bir gəncin döyülərək öldürülməsinə etiraz edərək Mingəçevirə gedib. Mingəçevir rayonunun vətəndaşları ilə birgə etiraz edib və bunun nəticəsi olaraq həbs olunub. Cinayət işi qaldırılıb və 1 il 6 ay azadlıqdan məhrum edilib. Yerli hüquq mudafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Elə o həbsxanada da ağır xəstəliyə düçar olub. O, hepatit B, qaraciyər serrozu və qaraciyərdə maye(su) toplanmasından əziyyət çəkir. Hal-hazırda, sağlamlığı olduqca ağırdır, günü-gündən sağlamlığında geriləmə müşahidə olunur. Müalicəsi Vətəndə deyil, İranda mümkün olduğu üçün Samirin buna maddi imkanı çatmır. Dostları artıq ona hesab açıblar və ona maddi dəstək üçün imkanlı vətənsever insanlardan, iş adamlarından Samirin hesabına pul çökürmələri üçün, onun sağlamlıq durmunun yaxşılaşdırılmasına kömək üçün çağırışlar edirlər.

Azerbaycanrealligi.com Samir Poladov - Bozqurd Samir dayı kimi tanınan gəncimizdən sağlamlıq vəziyyəti haqqında qısa açıqlama alıb.



- Səhhətiniz necədir hal-hazirda? 

- Hal-bazırda, xroniki virus hepatit B, qaraciyər serrozu və maye toplanması diaqnozu ilə müalicə alıram. Səhhətim ürəkaçıcı deyil.

- Siz Mingəçevir hadisələrinə görə həbs olunmuşdunuz, adınız siyasi məhbuslar siyahsında vardır. Necə düşünürsünüz, sadaladığınız xəstəliklərə həbsxanada tutulma ehtimalı varmı? 

- Bəli, 24 avqust 2015-ci il tarixində Mingəçevir hadisələri ilə bağlı həbs edildim. Adım siyasi məhbuslar siyahısında olub. Mən bir gəncin polis idarəsində işgəncəyə məruz qalaraq öldürülməsinə etirazımı bildirmişdim. Bu da bir vətəndaş mövqeyidir. Bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Həmin dövrdə hər hansısa bir partiya üzvü olmadığım üçün də maraqlanan da olmadı. Necə ki, indi bir çox müxaliflər (Əlbəttə ki, hamısı yox) biganəlik göstərir. Xəstəliyə tutulmağımın səbəbi həbs edildiyim gündən 1 il 3 günə qədər Gəncə həbsxanası və keçmiş MTN-də işgəncələrə məruz qalmağımdır. Gəncə həbsxanasında, ümumiyyətlə, acınacaqlı günlərin, soyuq karsların, rezin dəyənəklərin hədiyyəsidir bu xəstəliklər.

 - Səhhətinizdə yaramış problemlə bağlı hər hansı dövlət qurumuna müraciət etmisinizmi? 

- Semaşka Xəstəxanasında yatdım. Ordakı vəziyyəti də bütün Azərbaycan bilir. Rüşvətin, dərman mafiyasının işinə əngəl olduğum üçün xəstəxanadan qovuldum. Orda da aldığım dərmanların hamısının pulunu ödəyirdim. Dövlət xəstəxanası spirt və pambığı belə pulla satır. Sonra da 2 dəfə yenə Semaşkaya getdim. 10 gün qaldım. Baxımsızıq olduğu üçün amblator müalicəyə başladım. Dövlət orqanı sayılırsa, yalnız Semaçkada olmuşam. Başqa heç yerə müraciət etməmişəm. Etmək fikrim də yoxdur.

- Dövlət başçısına və yaxud da birinci viste-prezidentə kömək məqsədi ilə müraciət etmək fikiriniz varmı? 

- Xeyr, yoxdur, ola da bilməz. Hər hansısa qurumdan təklif gəlsə də, qəbul etmərəm.


Samir Poladova maddi yardım etmək istəyənlər aşağıdakı hesab nömrələrinə pul vəsaiti köçürə bilərlər
və yaxud da birbaşa özü ilə əlaqə saxlaya bilərlər. Əlaqə nömrəsi: (055)329 06 17 





Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın