Qalmaqallı şair danışdı: "Ərdoğan öz ambisiyalarına görə Türkiyə xalqının mənafeyini qumara qoyub".

11, 08, 18
18:58

Qalmaqallı şair danışdı: "Ərdoğan öz ambisiyalarına görə Türkiyə xalqının mənafeyini qumara qoyub".

Son bir neçə gündür ki, Amerka-Türkiyə arasında baş vermiş hadisələrə hər kəs bir fikirlə münasibət bildirir, müəyyən bir düşüncə tərzi ilə yanaşır. Azərbaycan söz adamlarının, yazıçılarının da bu məsələyə xüsusi münasibəti maraqlı doğurur.  Azerbaycanrealligi.com Türkiyə-Amerika arasındakı son bir neçə gündə baş vermiş iqtisadi müharibə ilə bağlı olaraq tanınmış yazar, qalmaqallı açıqlamaları ilə yadda qalan Yafəs Türksəsin mövqeyini öyrənib.

O bildirir: "Bu məsələdə Amerikanın tərəfindədir. Ona görə ki, Amerika tərəfi mənim üçün demokratiya, Türkiyə tərəfi isə avtoritar tərəfdir. Məsələnin əsl mahiyyəti bəlli olmasa da, bildiyimə görə Amerika Rahib Bronson Türkiyədən geri istəyir, Ərdoğan isə onu FETO ilə dəyişmək istəyir. Ərdoğan hələ də anlamır ki, Amerika FETO-nun çox saylı tərəfdarlarından birini azad etməklə heç nə itirməz, onun Türkiyə xalqını bu vəziyyətə salmağa haqqı çatmır. O ki qaldı FETO-ya Amerika istəsə, hər həftə Feto kimi bir siyasi lider yaradar. Məsələn, Muherrem İnce, Meral Akşener, Salaheddin Demirdaş kimi liderlərə dəstək verib hakimiyyətə gətirə bilər. Ərdoğan kimi tərcübəli siyasətçi bunları bilməmiş deyil, sadəcə, Ərdoğan öz ambisiyalarına görə Türkiyə xalqının mənafeyini qumara qoyur. Ümumiyyətlə, Şərq ölkələrinin liderləri hər zaman öz xalqının mənafeyini zaman-zaman qumara qoyub".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın