Trampdan Türkiyəyə qarşı daha bir addım - Gömrük vergisini 2 dəfə artırdı

11, 08, 18
12:24

Trampdan Türkiyəyə qarşı daha bir addım - Gömrük vergisini 2 dəfə artırdı

Trampdan TürkiyÉyÉ qarÅı daha bir addım
ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma tətbiq olunan gömrük vergisini iki dəfə artırıb.

Azerbaycanrealligi.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Tramp Tvitter səhifəsində yazıb.

O bildirib ki, Türkiyə lirəsi sürətlə ABŞ dolları qarşısında düşür. Ölkələr arasında münasibətlərin hazırda yaxşı olmadığını vurğulayan Ağ Ev rəhbəri bundan sonra alüminium rüsumlarının 20%, polad rüsumlarının isə 50% olacağını deyib.
Qeyd edək ki, 2017-ci ildə Türkiyədən ABŞ-a polad ixracatı 1 milyard dollar dəyərində olub.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın