Ölkə ərazisində yanğın hadisələrinə görə saxlanılanlar var

09, 08, 18
16:49

Ölkə ərazisində yanğın hadisələrinə görə saxlanılanlar var

Son günlər ölkə ərazisində tez-tez yanğın hadisələri baş verir. Bununla bağlı müvafiq dövlət orqanları artıq bəzi tədbirlər həyata keçirməyə başlayıb.

Azerbaycanrealligi.com Musavat.com-a isitinadən xəbər verir ki, respublikanın müxtəlif bölgələrində biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsinin qarşısının alınması məqsədilə aidiyyatı dövlət qurumları tərəfindən bir sıra zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Əhali arasında, fermerlər və digər torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılır.
Bununla paralel olaraq biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın törətdiklərinə görə 15 nəfər inzibati qaydada həbs edilib, 17 nəfər barəsində isə inzibati xətalar haqda protokol tərtib olunub. Bu istiqamətdə qabaqlayıcı, profilaktik tədbirlər davam etdirilir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın