Əli Həsənovun nəvəsinin azadlığa buraxılması haqda SENSASİON İDDİALAR: “Broker Əbülfəz”in çirkli biznes oyunu

08, 08, 18
23:07

Əli Həsənovun nəvəsinin azadlığa buraxılması haqda SENSASİON İDDİALAR: “Broker Əbülfəz”in çirkli biznes oyunu

Kəmaləddin Heydərovun media şəbəkəsinin çökdürülməsi, oğlunun təşkilatının bağlanması, “Broker Əbülfəz”in çirkli biznes oyunu ötən həftə medianın diqqət mərkəzində olub 
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. 

Beləlkilə, ötən həftə - 01-06 avqust 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Baş nazirin müavini Əli Həsənov olmuşdur. Onun haqqında “Əli Həsənovun avtomobillə adam öldürən nəvəsi azadlığa buraxıldı…”, “Əli Həsənovun nəvəsi komendaturaya göndərilib”, “Əli Həsənovun nəvəsi azadlığa buraxıldı”, “Əvəz Zeynallı baş nazirin müavininin nəvəsindən yazdı: "O, zatən cəza çəkmirdi ki"”, “Əli Həsənovun “avtoş” nəvəsi və dilənən şəhid anası”, “Cəmil Həsənli Əli Həsənovun nəvəsindən yazdı” başlıqlı 6 məqalə ümumilikdə 29 elektron KİV-də işıqlandırılmışdır.

Kəmaləddin Heydərov 
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri fövqəlada hallar naziri Kəmaləddin Heydərov “KƏMALƏDDİN HEYDƏROVUN MEDİA ŞƏBƏKƏSİ ÇÖKDÜRÜLDÜ – “APA Holding”ə daxil olan saytlar bağlandı”, “Kəmaləddin Heydərovun oğlunun təşkilatı bağlanıb”, “Kəmaləddin Heydərovun oğlunun şirkəti bağlandı - Bakı ofisi də köçürüldü (YENİ-2)”, “Kəmaləddin Heydərovun oğlunun şirkəti bağlandı-BBC yazır” başlıqlı 4 məqalənin 12 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Əbülfəz Məlikov Səfər Mehdiyevi yenə biləcəkmi? - Faktlar gömrük şefinin əlindədir…”, “Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub... - çirkli biznes oyunları” başlıqlı 2 məqalənin 7 elektron KİV-də yayılması ilə Broker MMC-nin rəhbəri Əbülfəz Məlikov tutur

Əbülfəz Məlikov 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın