Ağstafa rayonunda çoban həyat yoldaşı ilə cinsi əlaqədə olan ferma müdirini güllələyərək qətlə yetirdi.

04, 08, 18
21:00

Ağstafa rayonunda çoban həyat yoldaşı ilə cinsi əlaqədə olan ferma müdirini güllələyərək qətlə yetirdi.

Ağstafa rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu haqda məlumatı saytımıza hadisə yerində olmuş Ağstafa rayon sakini Səxavət İsmayıl verib. Onun sözlərinə görə, Göçvəlli kəndi Ceyrançöl ərazisində ferma təsərrüfatı ilə məşğul olan Sakit Nəsibov adlı təsərrüfat rəhbəri fermada təsərrüfata baxan çoban Hüseyn Əliyevin (adı şərtidir) tərəfindən öldürülüb. Hüseyn Əliyev həyat yoldaşı Elnurə Əliyeva (adi şərtidir) və onu cinsi əlaqədə olarkən görmüş və odlu silahla təsərrüfatın rəhbəri Sakit Nəsibovu və öz xanımını güllələmişdir. Nəticədə Sakit adlı şəxs hadisə yerində vəfat etmiş,  xanım isə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının reanamasiya şöbəsinə aparılmışdır. Azerbaycanrealligi.com baş vermiş hadisə ilə bağlı Ağstafa Rayon Səhiyyə Şöbəsinin müdiri Fatma Vəliyeva ilə əlaqə saxlamış, o, bu hadisəni təsdiq edib bildirib ki: "Bir neçə saat olar ki, hadisə baş verib. Hadisənin harada və necə baş verməsi haqqında məlumat vermək bizim səlahiyyətimizdə deyil".

Məsələ ilə bağlı Ağstafa rayon hüquq mühafizə orqanları ilə əlaqə saxlamağa cəhd etdik, amma təəssüf ki, zəngimizə cavab verən olmadı.





Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın