Kiyevdə azərbaycanlı oğru dünyasının üzvləri gülləbaran edilib

02, 08, 18
20:42

Kiyevdə azərbaycanlı oğru dünyasının üzvləri gülləbaran edilib



















Ölənlər arasında "smert Azər" ləqəbli oğru da olub
Bir neçə gün öncə Kiyev şəhərinin yaxınlığındakı meşədə dörd nəfər azərbaycanlının olduğu Land Kruzer markalı maşın yarısı yanmış , gülləbaran edilmiş vəziyyətdə tapılıb.
KiyevdÉ azÉrbaycanlı oÄru dünyasının üzvlÉri Lan cruiser ile ilgili görsel sonucu
Musavat.com Kiyevdəki mənbələrə istinadən xəbər verir ki, maşındakı dörd nəfərdən xəbər yoxdur. Maşının yanmayan hissəsındə qan ləkələri var. Mənbə qeyd edib ki, maşının sahibi Kiyev şəhərində nüfuzlu mafiya lideri Elbrusa aiddir. Onunla birgə maşında "Smert Azər" və digər iki " bratva uşaqları" olub. 

Bu şəxslərin sağ olub-olmadığı barədə hər hansı xəbər yoxdur. Ehtimal edilir ki, onlar dünyasını dəyişib. Mənbə aşağıdakıları deyib: "Çox güman ki , ölüblər. Elbrus Quli tərəfdən vəziyyətə baxırdı. Smert Azər isə Quliyə yaxın deyildi, əksinə digər tərəflərlə yaxınlıq edirdi. Ancaq bu, Elbrusla onun münasibətlərinə heç də mane olmurdu. Yəqin şəxsi mənafedən irəli gəlib".
Musavat.com

Bizimlə əlaqə saxlayın