“Tələbələr “vor zakon” mahnısına oynayanda təəccüblənirlər…”

19, 03, 23
17:00

“Tələbələr “vor zakon” mahnısına oynayanda təəccüblənirlər…”


“Universitetlərə müstəqil QHT-ləri, siyasi partiyaları buraxmırlar, Ali Məktəblərdə fikir müxtəlifliyinə, akademik diskurs yaratmağa imkan vermirlər - tələbələr də "vor zakon" mahnısına oynayanda, "strimit" edənlərə xoş baxanda təəccüblənirlər”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bildirib ki, rayonlara siyasi partiyaların getməsinə, əhali ilə görüşməsinə mane olurlar, QHT sektorunun fəaliyyətini iflic edirlər - regionlarda gənclər də dini cərəyanların təsirinə düşəndə sinə döyürlər:

“Universitetlərdə, regionlarda olan vəziyyət nəticədir, səbəb isə ölkədə akademik, ideoloji, azad diskursun olmamasıdır. 

Sabah mən Ali Məktəblərin birində tələbələrlə görüş, onları akt zalında toplayıb mühazirə demək, sual-cavab sessiyası təşkil etmək istəsəm icazə verməyəcəklər”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın