Avtoxulqanlıq edən Ağdamlı Faiq 30 sutqa həbs edildi - VİDEO

24, 07, 18
10:35

Avtoxulqanlıq edən Ağdamlı Faiq 30 sutqa həbs edildi - VİDEO

âAÄdamlı Faiqâ hÉbs edildi
Sosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan “Ağdamlı Faiq” tutulub.
Azerbaycanrealligi.com “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı Ağdam rayon Yol Polisi Bölməsinin əməkdaşları özünü “Ağdamlı Faiq” kimi təqdim edən Faiq Hüseynovu saxlayıblar.
Polis Şöbəsində onun barəsində araşdırma aparılarkən o da məlum olub ki, Faiq Hüseynov 4 gün əvvəl sürücülük vəsiqəsi alaraq bu təhlükəli əməlləri törətməyə başlayıb.

Qeyd edək ki, sürücü və atası Ağdamda kondisioner ustasıdır. O, bu hərəkətlərini çılğınlıq adlandırıb və “cavanlıq” etdiyini deyib.
Onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, bir illik sürücülük hüququndan məhrum edilməklə 30 gün də inzibati həbs edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın