DTX-nın saxladığı general haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib - Həbsin əsil səbəbi məlum oldu

23, 06, 22
10:00

DTX-nın saxladığı general haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib - Həbsin əsil səbəbi məlum oldu


Səbail rayon məhkəməsində DTX istintaq orqanının vəsatətinə baxılaraq, Cinayət Məcəlləsinin 308, 311.3.2, 311.3.3-cü maddələri ilə Ehtiram Xəlilov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

"Azərbaycan Reallığı" bildirir ki, Ehtiram Xəlilov külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui istifadə etməkdə təqsirləndiriıir.

General-mayor Ehtiram Xəlilov Dövlət Gömrük Komotəsi “Azərterminalkompleks” birliyinin rəisi, daha əvvəl isə Aksiz Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.

Məlum olub ki, həmin məhkəmədə eyni cinayət işi üzrə hələ bir həftə əvvək Muxtar Məmmədov barəsində həbs seçilib.

Qeyd edək ki, nehrəmli Muxtar Məmmədov adı idxal daşımaçılığı monopoliyasında hallanan məhşur “Şah” Kargo şirkətinin rəhbəri kimi tanınır.

Gömrük generalını həbsə aparan yol...

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gömrük Komitəsində ötən gün keçirdiyi əməliyyatla bağlı bəzi məqamlar aydınlaşıb.

Əməliyyat bir neçə gün əvvəl Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşən şirkətlərin anbarlarında aparılmış əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həyata keçirilib.

Belə ki, həmin əməliyyat vaxtı ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb. Bundan sonra Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallar olan Qaradağ rayonundakı “İpək yolu” və “Abşeron” terminallarında, həmçinin Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bildirilir ki, əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb.

Qeyd edək ki, terminallara yeni rəhbərlik bir neçə ay əvvəl təyin edilmişdi.

Əməliyyat çərçivəsində Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayevin saxlanıldığı bildirilsə də, onun sonradan sərbəxt buraxıldığı məlum olub. Belə ki, Gömrük Komitəsinin bütün elektron sisteminə cavabdeh və məsul şəxs olan İ.Babayevin izahatı alınıb. O, elektron sistemdə məlumatların dəyişdirilməsi və ya şübhələri ilə bağlı dindirilib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın