SON DƏQİQƏ! Kollec tələbəsi Lənkəran polisləri tərəfindən döyüldü - FOTO

06, 06, 22
12:00

SON DƏQİQƏ! Kollec tələbəsi Lənkəran polisləri tərəfindən döyüldü - FOTO


Zamanlı Zaman Nadir oğludur. LDU Nəzdində Sosial və Aqrar Texnoloji Kollecinin tələbəsidir.  Tələbə dərsə girməzdən əvvəl durduğu yerdə polis tərəfindən təhqir olunub. Təhqirə cavab verdikdən sonra polis tərəfindən saxlanılıb və padvalda 10 nəfər tərəfindən vəhşicə döyülüb. Hazırda Lənkəranda xəstəxanadadır və vəziyyəti ağırdır. 

Bu barədə "Azərbaycan Reallığı"na Yaxınları şikayət verib. Polis rəisi öncə babası sonra dayısı "Region TV" kanalının əməkdaşı Hüseynov Muradı qəbul edib. Məsələnin araşdırılacağını bildiriblər. (Həmişə necə araşdırılırsa)

Tələbə o xəstəxana ölsə, bunun məsuliyyəti sistemin üzərindədir. Ölkəni nə hala gətiribsiz görün. 

Hazırda tələbə ağır vəziyyətdədir. Heç ailəsi ilə də görüşməyə imkan olmur.

Tələbə özü də hadisəni təsdiqlədi. O da eynilə bildirir ki, polis tərəfindən təhqir olunub və təhqirə cavab verdikdə saxlanılaraq, zorakılığa məruz qalıb. Əlavə edir ki, polislər onu padvalda yerə yıxaraq, bədəninin müxtəlif nahiyələrindən və başından vururmuşlar.

Tələbə deyir ki, təkcə onu yox, yanındakı tələbə dostu  Fəxrəddin Xinqəlov ayrı bir padvala aparılıb və zorakılığa məruz qalıb. O Lənkərandadır və vəziyyəti hazırda yaxşıdır. Tələbənin bədənində və üz nahiyəsində xəsarət izləri vardır. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın