Gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan daha bir nəfər həyatını itirib

07, 04, 22
18:00

Gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan daha bir nəfər həyatını itirib


Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan  daha bir nəfər 1999-cu il təvəllüdlü Fərqanə Fərhad qızı Eynullayeva dünyasını dəyişib.

"Azərbaycan Reallığına" TƏBİB-dən bildirilib ki, o, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri iimiş. Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib.Hazırda tibb müəssisələrində ümumilikdə, 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, xəsarət alan şəxslərdən hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın