Bakıda hesablaşma qətli: "Emin 444"-ün xalası oğlu Zaur Yusifovu öldürdü

15, 03, 22
10:37

Bakıda hesablaşma qətli: "Emin 444"-ün xalası oğlu Zaur Yusifovu öldürdü


“Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu Samir Şirəliyev Zaur Yusifovu mağazada qisas məqsədilə güllələnərək qətlə yetirib.

Bakının Binəqədi rayonunda 2020-ci ilin mayında törədilmiş səs-küylü qətlin sifarişçisi hesab edilən, lakin bir neçə ay əvvəl məhkəmədə bəraət alıb azadlığa çıxan idmançı.  Kikboksinq üzrə dünya çempionu Zaur Yusifov ötən gün martın 14-də axşam güllələnərək öldürülüb. virtualaz.org xəbər verir ki, bu qətl Nəsimi  rayonu 6-ci mikrorayon ərazisində baş verib. 

Zaur Yusifov naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla ərzaq mağazasının içərisində güllələnərək qətlə yetirilib. Z.Yusifovun vəkili Ceyhun Yusifov məlumatı təsdiqləyib. Qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zaur Yusifovun adı keçən səs-küylü qətl 2020-ci il mayın 9-da baş vermişdi. Həmin gün keçmiş məhkum, 1995-ci il təvəllüdlü Həsən Tağıyev kriminal aləmdə “Emin 444” (idarə etdiyi cipin nömrəsi 444 rəqəmləri ilə bitirdi, - red.) kimi tanınan Emin Səfərovu ona məxsus avtomobildə çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Bu vaxt kikboksinq üzrə dünya çempionu Zaur Yusifov da hadisə yerində olub, onun adı qətlin sifarişçisi kimi keçirdi. Emin Səfərovun anası da oğlunun qatilinin məhz Zaur Yusifov olduğunu deyirdi və dəfələrlə bu barədə KİV-lərdə, sosial şəbəkələrdə müraciətlər yaymışdı.

Ötən gün qətlə yetirilən Zaur Yusifova gəldikdə isə, 2020-ci ilin mayında törədilmiş qətlə qədər o idman cameəsində kifayət qədər tanınan biri , “ZZ” Kikboksinq Klubunun prezidenti idi. Üstəlik Dövlət Miqrasiya Xidmətində hansısa mühüm vəzifə tuturdu." Gənclər və İdman Nazirliyi ona “Əməkdar idman ustası” adı vermişdi və bu titulu Z.Yusifova hazırda Milli Məclisin vitse-spikeri olan Adil Əliyev özü şəxsən təqdim etmişdi.

Z.Yusifov  1984-cü il yanvarın 1-də Naxçıvanın Şərur rayonunda anadan olub , iki dəfə Azərbaycan çempionu, respublika turnirinin qalibi, 2005-ci ildə Avrasiya çempionu adını qazanıb.

Emin Səfərovun qətlinə dair cinayət işinin istintaq materiallarında onun qətldə bilavasitə iştirak etdiyi göstərilirdi.  İttiham aktında bildirilirdi  ki, Zaur Yusifov avtomobilin sol ön qapısının açıq pəncərəsindən əli ilə Emin Səfərovun köynəyinin yaxasından tutub sıxıb, daha sonra sonuncunun bədəninə bıçaqla bir neçə zərbə vurub.

Zaur Yusifov

Həmin vaxt Həsən Tağıyev də bıçaqla Emin Səfərovun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. Emin avtomobilin salonunda hərəkət edərək ön sağ oturacağa keçməyə cəhd edərkən avtomobilin sürətlər qutusunun pilləsi dəyişdiyindən avtomobil geri istiqamətdə hərəkət edərək səkiyə qalxıb. Bu zaman Həsən Zaur Yusifovla birlikdə avtomobilin ön hissəsindən keçib sağ ön qapıya yaxınlaşıb dayanaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizliklə, işgəncə və xüsusi ağrılar verməklə yenə də Emin Səfərova əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə bıçaqla zərbələri vurub.

2020-ci ildə törədilmiş qətl

Lakin 2021-ci ilin avqustunda məhkəmə bu səs-küylü qətl işi üzrə hökm çıxararkən Z.Yusifovun qətldə iştirakını təsdiqləyən yetərli sübutlar olmadığı qənaətinə gəlmişdi və ona bəraət vermişdi. Naxçıvanlı idmançı məhkəmə zalından azadlığa buraxılmışdı, H.Tağıyev isə 18 il həbs cəzasına məhkum edilmişdi. Z.Yusifovun azadlığa buraxılmasından sonra Emin Səfərovun anası yenidən sosial şəbəkələrdə, KİV-lərdə müraciətlər yayaraq oğlunun qatilinin cəzalandırılmasını tələb edirdi.

AZƏRBAYCANREALLIĞI.COM

 




Bizimlə əlaqə saxlayın