Bəxtiyar Nəsibovun ölümünə səbəb olan bıçağı kim "itiirib"? - MƏHKƏMƏ QALMAQALI

04, 02, 22
23:49

Bəxtiyar Nəsibovun ölümünə səbəb olan bıçağı kim "itiirib"? - MƏHKƏMƏ QALMAQALI


Fevralın 4-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə 2021-ci il martın 1-də Bakının Xətai rayonu ərazisində 22 yaşlı  idmançı Bəxtiyar  Nəsibovu  qətlə yetirməkdə ittiham edilən 19 yaşlı Əli Abbasovun məhkəmə prosesi davam etdirilib. 

Prosesdə dindiriləcək şahidlərdən mərhumun qardaşı Vüsal Nəsibov iştirak etmədiyindən məhkəmə heyəti bildirib ki, onun istintaqa verdiyi ifadəsi elan edilsin. Lakin təqsirləndirilən Ə.Abbasovun müdafiəçisi buna etirazını bildirib. O məhkəməyə bildirib ki, növbəti prosesdə də şahid gəlməzsə, onu ifadəsi elan edilsin.  ifadələriylə davam edib. İttihaç tərəfin müdafiəçisi, vəkil Elmar Süleymanov bildirib ki, müvəkilli qardaşının qətlindən sonra ağır psixoloji sarsıntılar keçirdiyindən prosesə qatıla bilmir.

Proses cinayət işi üzrə zərərçəkmiş şəxs Nəsibov Bəxtiyar Əli oğlunun hüquqi varisi Bayramova Nəzakət Bayram qızınin vəsatətiylə davam etdirillib. 

Belə ki,  hadisə yerini müşayiət edən videokameraların video-görüntülərinin tələb edilməsinə dair vəsatət elan edilib:

"Hadisə yerinin yerləşdiyi binanı və ətraf ərazini müşahidə edən təxminən 12 ədəd videokamera mövcud olsa da, bu kameraların heç birinin video-çəkilişi cinayət işinin materiallarına əlavə edilməmişdir. Halbuki, bu kameraların cinayət törədildiyi vaxta aid video-görüntüləri əldə olunsaydı cinayət aləti olmuş bıçağın təqsirləndirilən şəxsə kim tərəfindən verilməsini, cinayəti törətdikdən sonra təqsirləndirilən şəxsin bu bıçağı kimə verməsini və ya hara gizlətməsini, cinayəti törətməkdə və hadisə yerindən qaçmaqda ona kimlərin yardım etməsini müəyyən etmək olardı.  

Bu məlumatların əldə edilməsi və məhkəmə istintaqında tədqiq edilməsi hazırkı araşdırmanın obyektiv və hərtərəfli aparılmasını və bu cinayətin törədilməsində iştirakı olmuş hər bir şəxsin cinayət məsuliyyətə cəlb olunmasını təmin edə bilər. 

Qeyd olunanları nəzərə alaraq, xahiş edirəm:

 Hadisə yerinin yerləşdiyi binanı və ətraf ərazini müşahidə edən videokameraların cinayət tarixinə aid olan video-görüntüləri tələb edilsin və görüntülərin məhkəmə istintaqında tədqiq edilməsi təmin olunsun". 

Qeyd edək ki, kameraların dislokasiyasını əks etdirən 10 ədəd fotoşəkil də, bu vəsatətə əlavə olunub. Müdafiə tərəfi vəsatətə etiraz etsə də, məhkəmə yerindəcə müşavirə edərək vəsatəti təmin edib.

Proses  fevralın 18-də davam edəcək. 

Qeyd edək ki, Nəsibov Bəxtiyar Əli oğlu idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə aralarında  mübahisə yaşanıb.Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov guya Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını qısa müddətə tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Xatırladaq ki, hadisə 2021-ci il martın 1-i saat 13:00 radələrində Bakının Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında  bzş verib. Belə ki, 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan  bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Mərhum Bəxtiyar Nəsibovun ailəsi təqsirləndirilənin  bu maddə ilə mühakimə edilməsinə etiraz edir. (Azadmediatv.com)

Gülnaz Qənbərli 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın