Maqsud Mahmudovun məhkəməsi başlayır: 90 nəfəri aldadıb

26, 01, 22
10:00

Maqsud Mahmudovun məhkəməsi başlayır: 90 nəfəri aldadıb


Ukraynada tutularaq Azərbaycana gətirilən  adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçümn Bakı Ağır Cinayətlər Məhkəməsinmə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

İş üzrə 90 nəfər zərərçəkən şəxs qismində tanınır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən il iyul ayında Ukrayna ərazisində tutulub.

Özünü siyasi mühacir kimi tanıtmağa çalışan Mahmudov sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın