İcra başçısı ilə birlikdə güllələnən mühafizəçi QASIM AŞBAZOV

04, 07, 18
09:18

İcra başçısı ilə birlikdə güllələnən mühafizəçi QASIM AŞBAZOV

Ä°cra baÅçısı ilÉ birlikdÉ güllÉlÉnÉn mühafizÉçi QASIM AÅBAZOV
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosunu əldə etmişik. Azerbaycanrealligi.com Criminal.az-a isitinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, Q.Aşbazov polis əməkdaşı olub.
Ağır güllə yarası alan E.Vəliyev bu vertolyotla Bakıya göndərilib.
Hadisə dünən saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Meydandakı pilləkəndə Yunis Səfərov və hələlik adı məlum olmayan qırmızı köynəkli şəxs icra başçısına hücum edib. 
• Gəncənin başçısına silahlı hücum - Mühafizəçisi öldürüldü, özü yaralandı• İcra başçısının ikinci mühafizəçisi də xəstəxanada öldü - Elmar Vəliyevə hücum edən şəxslə bağlı ilginc TƏFƏRRÜATLAR  

Rusiya vətəndaşı olan Y.Səfərov ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını dəmirlə döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçıb. Həmin vaxtda axtarışa verilib. Bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib. 
Faktla bağlı hüquq-mühafizə orqanları hələlik məlumat yaymayıb. 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın