DİN-dən ƏMƏLİYYAT: Küli miqdarda narkotik vasitə aşkarlandı


Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Azerbaycanrealligi.com-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

  • 16 fev, 23:00
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO
Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur!

Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur!

  • 06 fev, 15:00
Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur! 
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

  • 12 yan, 23:30
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

  • 12 dek, 19:30
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar