İcra başçısının oğlunu öldürən Lamiyə Azərbaycandan getdi

14, 06, 20
17:20

İcra başçısının oğlunu öldürən Lamiyə Azərbaycandan getdi


Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirmiş və həbsdə övlad dünyaya gətirməsi ilə azadlığa çıxmış Lamiyə Quliyeva Türkiyəyə köçüb.

Azerbaycanrealligi.com xəbər verir ki, Bu barədə Hit.Az-ın əldə etdiyi məlumatda deyilir. O, bir müddət Şəmkirdə yaşayıb, sonra Türkiyəyə getmişdi. Ancaq yenidən rayona qayıtmışdı. Sonra iş tapa bilməyən və müxtəlif yerlərə müraciət edən L.Quliyeva ölkədən getməli olub. 

L.Quliyeva 12 il həbs həyatı yaşayıb. 2015-ci ildə həbsdə uşaq doğması xəbəri ölkə mediasında sensasiyaya səbəb olmuşdu. O, həmin il məhkəmə zalından azad edilmişdi.

Sabiq İH başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Lamiyənin keçmiş nişanlısı Vüqar Əliyevin isə vəsatətləri təmin edilmir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın